Kadırov komaya düşüb
Çeçenistan rəhbəri Ramzan Kadırovun vəziyyəti ağırdır.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.
Bundan əvvəl Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirmişdi ki, Ramzan Kadırov narkomaniyadan əziyyət çəkir.
Çeçen diasporunun məlumatına görə, Ramzan Kadırov bir neçə gündür ki, komadadır və moskvalı həkimlər ona kömək edə bilmirlər. Ukrayna kəşfiyyatı bildirib ki, siyasətçinin vəziyyətinə xəstəliyin kəskinləşməsi səbəb olub.
“Bəli, həqiqətən də hərbi cinayətkar Kadırovun vəziyyətinin ağır olduğu və mövcud xəstəliklərin ağırlaşaraq belə vəziyyətə düşməsi ilə bağlı məlumatlar var”.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Çeçenistan liderinin ağır vəziyyəti ilə bağlı məlumatların tibbi və siyasi dairələrdə təsdiqləndiyini bildirib. Onun sözlərinə görə, Kadırovun səhhətində yaranan problemlərin səbəbi yara deyil.
"O, uzun müddətdir ki, xəstədir və söhbət səhhətində yaranan sistemli problemlərdən gedir. Amma son bir neçə gündə onun vəziyyəti ağırdır"- Yusov əlavə edib.
Kadırov komadadır?
“Obozrevatel” nəşrinin çeçen diasporadakı mənbələrinə görə, Çeçenistanın rəhbəri Ramzan Kadırov bir neçə gündür ki, komaya düşüb.
"Onu təyyarə ilə Moskvaya apardılar, lakin həkimlər kömək edə bilmədilər, bundan sonra Kadırov Çeçenistana qaytarılıb. İndi onu xaricə, çox güman ki, BƏƏ-yə müalicə üçün köçürməyi planlaşdırırlar"- jurnalistlər yazıblar.
Anonim mənbələr də bildiriblər ki, Moskvada uğursuz müalicədən sonra lider Çeçenistana qaytarılıb.
Xatırladaq ki, bir müddət əvvəl media Çeçenistan rəhbəri Ramzan Kadırovun ona bir neçə iynə vuran həkimi diri-diri basdırılmasını əmr etdiyini yazmışdı. Təsdiqlənməmiş məlumatlara görə, məhz bu həkimin müalicəsindən sonra siyasətçinin vəziyyəti pisləşib.
Mayın 16-da Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, Ramzan Kadırovun səhhətində problemlər var və narkomaniyadan əziyyət çəkir. Onun sözlərinə görə, Çeçenistan lideri əvvəlcə dopinq kimi qadağan olunmuş maddələrdən, sonra isə ağrıkəsici kimi istifadə edib.
Aysel