Xaçmazdakı dəhşətli hadisədən sonrakı görüntülər - ANBAAN VİDEO

Xaçmazdakı dəhşətli hadisədən sonrakı görüntülər - ANBAAN VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmazda uçmuş körpü ilə bağlı məlumat yayıb.

 

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində yerləşən körpü uçub və hadisə zamanı VAZ-2106 markalı minik avtomobili çay yatağına düşüb.

 

Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla avtomobilin qaldırıcı kran vasitəsilə çay yatağından təxliyəsi həyata keçirilib.

 

Həmçinin, FHN-in Şimal Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları avtomobillərin hərəkəti üçün müvəqqəti təşkil olunmuş alternativ yolda təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazidə xidmət aparır.

 


OXŞAR XƏBƏRLƏR