Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutuldu

Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutuldu

Sentyabrın 15-i saat 21:15-dən 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

 

Bu barədə Sfer.aza-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

 

Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətdə cavab tədbirləri görülüb.


OXŞAR XƏBƏRLƏR