Vaşinqtonun İran və Rusiyaya siyasi zərbəsi: Bu oyunda qurban Ermənistan oldu - ŞƏRH

Vaşinqtonun İran və Rusiyaya siyasi zərbəsi: Bu oyunda qurban Ermənistan oldu - ŞƏRH

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Danışıq çərçivəsində iranlı nazir Ermənistan və ABŞ-nin keçirdiyi hərbi təlimə diqqət çəkib, bölgədə hər hansı xarici qüvvələrin mövcudluğunun oradakı vəziyyəti daha da çətinləşdirəcəyini vurğulayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ ilə birgə hərbi təlimlərin Ermənistanın digər müttəfiqlərini qıcıqlandırcağı gözlənilən idi:

 

“Rusiya artıq məsələyə münasibət bildirib. İran da təxminən eyni mövqeyi ortaya qoydu. Məsələ ondan ibarətdir ki, həm Moskva, həm də Tehran Vaşinqtonla rəqibdir. Hər üç dövlət Cənubi Qafqazdakı mövqelərini gücləndirmək üçün İrəvandan istifadə edirlər. Hərbi təlimlər əslində simvolik xarakter daşıyırdı. Reallıq bundan ibarətdir ki, Ermənistan ordusu ABŞ ilə birgə hərbi təlim keçirmək səviyyəsində deyil. Sadəcə olaraq, ABŞ yenə öz oyununu oynadı...Birgə təlimlərdə məqsəd əslində İrəvanı Tehran və Moskvadan uzaqlaşdırmaq idi. Görünür, Vaşinqton məqsədinə çatdı. Bundan sonra Rusiya və İran daha Ermənistana güvənə bilməyəcək”.

 

Müsahibimiz qeyd edib ki, gələcəkdə Rusiya və İranın Ermənistana münasibətinin daha da pisləşəcəyi gözlənilir:

 

“Bu isə öz növbəsində həmin dövlətlərin regiondakı mövqelərinin zəifləməsinə və bununla paralel olaraq ABŞ-nin regiondakı təsir dairəsinin güclənməsi ilə nəticələnə bilər. Vaşinqton ciddi oyun oynayır. ABŞ bundan sonra da müxtəlif şirnikləndirici metodlarla Ermənistanı öz tərəfinə çəkməyə çalışacaq. Əlbəttə, bütün bu proseslərdə Baş nazir Nikol Paşinyanın qərbyönümlü siyasətçi olduğunu da unutmamalıyıq. Daha dəqiq desək, o, məhz Qərbin layihəsidir. Hakimiyyətdə yenə Rusiyapərəst Robert Köçəryan, Serj Sarkisyan olsaydı, daha fərqli geosiyasi mənzərənin şahidi ola bilərdik.  Beləliklə, regionda çox ciddi geosiyasi oyun gedir. Ermənistan isə bu oyunların qurbanıdır”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Beyons konsert çıxışı zamanı qadağan olunmuş jest etdi

43 yaşlı amerikalı müğənni Beyons Texas-Ravensdə Milad ərəfəsində çıxış edib. Çıxışı zamanı o barmaqları ilə NFL-də qadağan edilən tapança jesti edib. Sfer...

ABŞ-ın bu şəhərində bir qanun sayəsində cinayət nisbəti demək olar ki, tamamilə sıfıra enib

Amerikanın Corciya ştatında yerləşən Kennesaw şəhərinin sakinləri silahlarla bağlı özünəməxsus qanunvericiliyə malikdirlər. Sfera.az bildirir ki, bu qanun bü...

Baqajdan tapılan qorilla balası müsadirə edildi - VİDEO

İstanbul hava limanında qəribə qaçaqmal aşkarlanıb. Gömrük işçisi yükə baxış keçirən zaman mayka geyinmiş qorilla balası aşkar edib. Körpə hava üçün deşikləri o...

Səmada 88 bürcün şəkilləri dərc edilib - FOTO

Milli Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası NOIRLab Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.   ...

Gizli xərçəngin üç əsas əlaməti açıqlanıb

İlkin mərhələdə bağırsaq xərçəngi praktiki olaraq heç bir simptom olmadan baş verir. Sfera.az xəbər verir ki, bunu onkoloq cərrah Elena Smirnova deyib. Hək...

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...