"Ukrayna ordusu bacarmır, riskdən qorxur..." - ABŞ ilə Kiyev arasında GƏRGİNLİK YARANDI

ABŞ rəsmiləri ilə Ukrayna hərbçiləri arasında mübahisə yaranıb.

 

Sfera.az bildirir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb. Qeyd olunub ki, tərəflər bir-birini keçirilən təlimlərlə bağlı ittiham edir. Belə ki,  NATO mütəxəssisləri təlim keçdiyi Ukrayna hərbçilərinin müasir üsulları mənimsəyə bilmədiklərini vurğulayıb. Ukraynalı əsgərlər isə əksinə, onlara lazımi təlim keçə bilməyən alyansı tənqid edib.

 

Ukrayna Silahlı Qüvvələrinin 78-ci Xüsusi Təyinatlı Alayının ukraynalı komandiri qəzetə açıqlamasında bunları deyib: “Qərb hərbçilərinin mənə öyrətdiklərini etsəydim, öləcəkdim. Onlar bizə yaxşı məsləhətlər versələr də, bəziləri zərərli idi”.

 

Qəzet qeyd edib ki, Qərb və Ukraynanın planlarına Rusiya mövqelərinin sürətlə dağıdılması daxil idi:

 

"Lakin Ukrayna Rusiya Silahlı Qüvvələrinin havada və möhkəmləndirilmiş müdafiə xəttinin üstünlüyünə görə bunu edə bilməyib. Buna görə də əməliyyatın başlamasından 3 ay sonra Ukrayna və Qərb ölkələri arasında döyüş meydanında taktika mübahisəsi yaranıb. Hər iki tərəf günahı bir-birinin üzərinə atır”.

 

Mövzu ilə bağlı amerikalı siyasətçilər bunları bildirib: “Təlim zamanı Ukrayna mexanikləşdirilmiş piyada, artilleriya və hava hücumundan müdafiəni birləşdirən müasir əməliyyat üsullarını mənimsəyə bilmədi. Onların ordusu riskdən çəkinirdi”.

 

Xatırladaq ki, Ukrayna iyunun əvvəlində əks-hücum əməliyyatına başlayıb. Üç aylıq döyüşlər zamanı ölkə ordusu ciddi uğur qazana bilməyib.  

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Milad hədiyyəsi: 75 ildən sonra bioloji qardaş və bacısını tapdı

Buffalo, Nyu-York (ABŞ) şəhərindən olan 75 yaşlı Dikson Handshaw bütün həyatı boyu özünü yeganə uşaq hesab edib. Amma bu yay onun həyatı tamamilə dəyişib, çünki...

Çovğun, qar, qasırğa: Balkanlarda qar fırtınası səbəbindən 100 min ev işıqsız qalıb - FOTOLAR

24 dekabr 2024-cü ildə Bosniya və Herseqovinanı qar fırtınası bürüyüb. Teslica kəndinin dağlıq ərazisini örtən bir metr uzunluğunda qar uçqunu vurmaq üçün xüsus...

Avtobusda sprey qutusu ilə pivə şüşəsini açdı: 13 nəfər yaralandı

Almaniyada Volfsburqdan olan 22 yaşlı gənc avtobusda böcək əleyhinə spreydən istifadə edərək bir şüşə pivə açmağa çalışıb. Hadisə faciə ilə nəticələnib. Sfer...

Musiqi iş yerində məhsuldarlığı artırır - Alimlərdən yeni TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu iş zamanı musiqi dinləyərkən insanın fərdi xüsusiyyətlərinin onun məhsuldarlığına necə təsir etdiyini müəyyən edib. Sfera.az x...

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?

Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva (Vnukovo) reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.   ...

Azərbaycanda ata internet xəttinə görə oğlunu bıçaqladı - TƏFƏRRÜAT

İnternet xəttinə görə mübahisə atanın oğlunu bıçaqlaması ilə nəticələnib.   Sfera.az xəbər verir ki, hadisə Sumqayıt şəhərində baş verib.   ...