Göyçayda yeni məktəb binasının açılış mərasimi keçirildi - FOTO

Göyçayda yeni məktəb binasının açılış mərasimi keçirildi - FOTO

Sentyabrın 14-də Göyçay şəhər M.Füzuli adına 6 nömrəli tam orta məktəbin yeni inşa olunan məktəb binasının açılış mərasimi keçirilib.

 

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin struktur bölmə rəhbərləri və məktəbin müəllim kollektiv iştirak edib.

 

Mərasim iştirakçıları əvvəlcə yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.

 

Bildirilib ki, yenidən tikilmiş məktəb 1076 şagird yerlikdir. Məktəbdə 34 sinif otağı ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.

 

 Açılış mərasimindən sonra elm və təhsil naziri Emin Əmrullayev məktəbin müəllim kollektivi ilə görüşüb və yeni tədris ili və məktəb binasının açılışı münasibətilə təhsil işçilərini təbrik edərək onlara uğurlar arzulayıb.

 

 Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən tikilən məktəbdə 500 şagirdin təlim-tərbiyəsi ilə 71 müəllim məşğul olacaq.


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbə...

İstanbulda xəstəxana yanır

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı sümük xəstəlikləri xəstəxanası yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global"...