Vaşinqtonda Qubad İbadoğluya dəstək aksiyasında Ermənistan bayrağı qaldırıldı - FOTO

Vaşinqtonda Qubad İbadoğluya dəstək aksiyasında Ermənistan bayrağı qaldırıldı - FOTO

Sentyabrın 12-də Vaşinqtonda Azərbaycan Demokratiya və Rifah Partiyasının həbsdə olan sədri Qubad İbadoğluya dəstək aksiyasında Ermənistan bayrağı qaldırılıb.

 

Daha əvvəl Ermənistanın ABŞ-də üç qatı lobbiçisi - senatorlar Bob Menendes, Kris Van Hollen, konqresmen Kris Smit, eləcə də Azərbaycan və Türkiyə əleyhinə olan amerikalı siyasətçilərin Qubad İbadoğluya dəstəklərini ifadə etdiyini və onun dərhal azadlığa buraxılmasını tələb etdiklərini nəzərə alsaq, bu fakt təəccüb doğurmur.

 

Onların antiazərbaycan və ermənipərəst mesajlarının əks olunduğu kifayət qədər material tapmaq olar.

 

Qeyd edək ki, Qubad İbadoğlu bu ilin iyulunda həbs edilib. O, ilkin olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızların hazırlanması, əldə edilməsi və ya satılması) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində üç ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Daha sonra ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167.3.1-ci (Dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyətə çağırış və ya bu cür fəaliyyətə haqq qazandıran və ya bu cür fəaliyyətin zəruriliyini əsaslandıran materialların hazırlanması, saxlanması və ya yayılması) maddəsi ilə yeni ittiham irəli sürülüb.

 


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbə...

İstanbulda xəstəxana yanır

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı sümük xəstəlikləri xəstəxanası yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global"...