Azərbaycanda təbii artım zəifləyir – SƏBƏBLƏR

Azərbaycanda təbii artım zəifləyir – SƏBƏBLƏR

Azərbaycanda 2023-cü ildə də əhalinin təbii artım sürətində azalma müşahidə edilir. 


Sfera.az xəbər verir ki, ötən ilin yanvar-iyul ayları ərzində təbii artım 34,3 min nəfər olduğu halda, 2023-cü ilin eyni dövründə 29,5 min nəfər olub. 


İlk 7 ayda təbii artımda 4800 nəfərdən çox, yəni 15 faiz azalma qeydə alınıb. 


Təbii artımın zəifləməsində doğum səviyyəsinin aşağı düşməsi önəmli təsirə sahib olub. Cari ildə 64,6 mindən bir qədər çox doğum olub ki, bu da ötən ilə nisbətən 6,85 min və ya 10 faiz azalma deməkdir. 


Doğum sayının azalması nikahların azalması, boşanmaların isə sayının artması ilə paralel şəkildə baş verir. 


Bu ildə də oxşar mənzərə müşahidə olunur. Nikahların sayı 6,5 min vahid azalaraq 29 minə, boşanmaların sayı 3,8 min vahid artaraq 12,61 minə çatıb. 


Hazırda hər 100 nikaha 43 boşanma düşür. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR