"Qondarma "liderlər" revanşa can atsa da, Azərbaycan Ermənistanla sülhün tərəfdarıdır" - Hikmət Hacıyev

“Azərbaycanlılar sülh istəyir. Biz bərpa, barışıq və nə vaxtsa mümkün olarsa, qonşularımızla dostluq istəyirik”. 

 

Sfera.az xəbər verir ki, bu, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Politico" nəşrindən dərc olunan məqaləsində bildirilib.

 

Qarabağ 30 il ərzində qonşu Ermənistanın işğalı altında olub.1990-cı illərin əvvəllərində 1 milyona yaxın azərbaycanlının öz torpaqlarından etnik təmizlənməyə məruz qaldığı amansız müharibədən sonra işğalçı Ermənistan silahlı qüvvələri bu ərazinin minlərlə kvadrat metrini minalayıblar. Orada, Azərbaycanda qalan etnik ermənilərin icması Ermənistanla vahid quru yolu - Laçın yolu ilə əlaqə saxlayırdı”.

 

 H.Hacıyev vurğulayıb ki, Azərbaycan Qarabağda yaşayanlara etnik mənsubiyyətindən asılı olmayaraq qayğı göstərməlidir:

 

 “Qanunsuzluğun və minaların bu boz zonası üç il əvvələ - Azərbaycan 44 günlük Vətən müharibəsində Qarabağ ərazisinin böyük hissəsini tutana qədər qeyri-qanuni və mübahisəsiz olaraq mövcud idi. Hüquqi və mənəvi cəhətdən bu boz zolağın qalan hissəsində yaşayan vətəndaşlar Azərbaycan vətəndaşlarıdır - hətta Ermənistanın indiki Baş naziri də Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu açıq şəkildə etiraf edir. Bu həm də o deməkdir ki, Azərbaycan orada yaşayanlara etnik mənsubiyyətindən asılı olmayaraq qayğı göstərməlidir”.

 

 Dövlət rəsmisi Azərbaycan hökümətinin etdiklərinin xarici mediada yanlış əks etdirildiyini da əlavə edib: 

 

“Azərbaycan hökuməti dəfələrlə Qarabağ ermənilərini Laçından daha yaxın və sürətli keçidi təmin edən yollarla ərzaq, dərman və daha çox şeylə təmin etməyi təklif edib. Azərbaycanın təklif etdiyi quru marşrutları Avropa İttifaqı, ABŞ və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyat qabiliyyətli və istifadəyə yararlı kimi qəbul edilir və məhz bu həftə ABŞ-nin dövlət katibi Entoni Blinken hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasına çağırıb. Amma beynəlxalq mediada yazılanlar isə başqadır.

 

Ermənistanın Azərbaycanda yaşayan etnik erməniləri vahid monoetnik marşrutla təmin etməsi fikri beynəlxalq ictimaiyyət və media üçün nədənsə məqbuldur.Bizə deyilənə görə, bu onunla bağlıdır ki, bu münaqişə digərlərindən fərqlənir və ermənilər tarixi səbəblərdən azərbaycanlılarla birgə yaşaya bilməzlər. Lakin tarix və reallıq bizə əksini öyrədib - bu, sadəcə yanlışdır.

 

1990-cı illərin müharibəsinə qədər Qarabağda azərbaycanlılarla etnik ermənilər birlikdə, yan-yana, sülh şəraitində yaşayırdılar. Bu gün Azərbaycanda 30 min nəfərlik yəhudi icması yaşayır. Yevangelist xristian icması böyüyür.Gürcülər, ruslar, ukraynalılar hamısı bugünkü çoxmillətli və çoxkonfessiyalı ölkəni təşkil edir. Bu, Qarabağ ermənilərinə də şamil edilə bilər və bu belə də olmalıdır”. 

 

Prezidentin sözçüsü Ermənistanın daxilində vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr olduğunu qeyd edib: 

 

“Ancaq Ermənistanın daxilində bu vəziyyətin dəyişməsini və yaxud bu tarixin üstünün tam açılmasını istəməyən güclü qüvvələr var. Onilliklər ərzində ölkə rəhbərliyi Ermənistandakı ermənilərdən deyil, Qarabağdakı separatçı rejimin başında duran "siyasətçilərdən" formalaşıb.
    
Bu gün bu qondarma "liderlər" revanşa can atır. Azərbaycan və Ermənistanın təklif etdiyi sülh sazişi onlar üçün qəbuledilməzdir. Qonşu Azərbaycanla ticarət erməni xalqının vəziyyətini yaxşılaşdıra bilər, lakin bu liderlərin mövcudluğunu lazımsız edər. Bu siyasətçilər hakimiyyəti qoruyub-saxlamaq uğrunda mübarizədə Azərbaycanın tədarük marşrutu kimi təklif etdiyi yolları bloklayaraq bağlamağa çalışırlar. Bu "milliyyətçilər"in öz ölkələrinə və bütün regiona yaşatdıqları ağrı-acını son nəsli nisbətən sülh içində yaşayan qərb insanının tam başa düşməsi çətindir”. 

 

H.Hacıyev sonda bir daha vurğulayıb ki, Azərbaycan sülh tərəfdarıdır: 

 

“Mənim ofisimdə Ermənistanda anadan olan və böyüyən azərbaycanılar çalışır; 30 il bundan əvvəl müharibə başlayanda onlar ölkəni tərk etmək məcburiyyətində qalıblar. Hər birimizin tanıdığı və müharibə zamanı Qarabağı tərk edərək məcburi köçkün kimi yaşamaq məcburiyyətində qalan kimlərisə - qardaşı, bacısı, əmisi/dayısı/bibisi/xalası uşağı, dostu, həmkarı var. Bütün bu dağılan həyatlar, bütün bu ağrı, bütün bunlar bugünkü monoetnik Ermənistanın yaradılması və Qarabağda monoetnik "boz zona"nın dəstəklənməsi uğrundadır.Lakin belə davam edə bilməz.

 

Azərbaycanlılar sülh istəyir. Biz bərpa, barışıq və nə vaxtsa mümkün olarsa, qonşularımızla dostluq istəyirik. Əksini iddia edən hekayələr sülhə və razılaşma əldə etməyə kömək etmir. Bundan başqa, onları yaymaqda məqsəd bunun tam ziddidir - bu ağrılı və həssas məsələni həll etmək üçün hər iki tərəfdən danışıqlar aparanları daha da uzaqlaşdırmaq məqsədi daşıyır.


Burada prinsipial deyil, siyasi və ya şəxsi mənfəət üçün hərəkət edilir. Bu daha çox Ermənistanın özünün siyasətidir”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsi tibb dünyasını təəccübləndirib

Quduzluq simptomlar göründükdən sonra demək olar ki, ölümlə nəticələnən xəstəlik kimi tanınır. Ancaq bu qaydanı pozan Jeanna Giese adlı qadın olub.   G...

Milad hədiyyəsi: 75 ildən sonra bioloji qardaş və bacısını tapdı

Buffalo, Nyu-York (ABŞ) şəhərindən olan 75 yaşlı Dikson Handshaw bütün həyatı boyu özünü yeganə uşaq hesab edib. Amma bu yay onun həyatı tamamilə dəyişib, çünki...

Çovğun, qar, qasırğa: Balkanlarda qar fırtınası səbəbindən 100 min ev işıqsız qalıb - FOTOLAR

24 dekabr 2024-cü ildə Bosniya və Herseqovinanı qar fırtınası bürüyüb. Teslica kəndinin dağlıq ərazisini örtən bir metr uzunluğunda qar uçqunu vurmaq üçün xüsus...

Avtobusda sprey qutusu ilə pivə şüşəsini açdı: 13 nəfər yaralandı

Almaniyada Volfsburqdan olan 22 yaşlı gənc avtobusda böcək əleyhinə spreydən istifadə edərək bir şüşə pivə açmağa çalışıb. Hadisə faciə ilə nəticələnib. Sfer...

Musiqi iş yerində məhsuldarlığı artırır - Alimlərdən yeni TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu iş zamanı musiqi dinləyərkən insanın fərdi xüsusiyyətlərinin onun məhsuldarlığına necə təsir etdiyini müəyyən edib. Sfera.az x...

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?

Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva (Vnukovo) reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.   ...