Uşaqlarda onkoloji xəstəliklər ARTIR: "Bu əlamətlər varsa..." - Pediatrdan HƏYƏCAN TƏBİLİ

Uşaqlarda onkoloji xəstəliklər ARTIR:

Statistik göstəricilərə əsasən, dünyada hər il 300 min uşaq onkoloji xəstəlikdən qeydiyyata düşür.Azərbaycanda da təəssüflər olsun ki, bu xəstəlik uşaqlardan yan keçmir. Ötən il respublikada 167 uşaqda onkoloji xəstəlik aşkarlanıb. Mütəxəssislər buna səbəb kimi müxtəlif faktorları göstərirlər.

 

Maraqlıdır, onkoloji xəstəliklərin yaranmaması üçün valideynlər öncədən nə kimi tədbir ala bilərlər? Onkoloji xəstəlikdə genetik faktor nə qədər önəmlidir? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən pediatr Sevda Nuriyeva bir sıra qidaların uşaqlarda xərçəng xəstəliyi yarada bildiyini deyib:

 

“Uşaqlarda müşahidə edilən onkoloji xəstəliklərin yaranması daxili inkişafın anomaliyası ilə bağlı olan şişlərdən irəli gəlir. Bura mərkəzi sinir sisteminin şişlərini, daxili orqanlara aid şişləri aid etmək olar. Bundan başqa sağlam doğulan uşaqlarda da sonradan onkoloji xəstəliklər meydana gələ bilər. Bu da qan xəstəlikləri ilə birbaşa bağlıdır. Valideynlər uşaqların düzgün həyat tərzi keçirməsinə, düzgün qidalanmasına fikir verməlidirlər. Xərçəng yaratma ehtimalı olan qidaları uşaqlar həddindən artıq qəbul edirlər, valideynlər də buna diqqət etmirlər. Kolbasa, sosiska, hisə verilmiş qidalar, paketlənmiş, həddən çox şəkərli məhsulları uşaqlara vermək təhlükəlidir. Uşaq immun sisteminin düzgün qorunması, vaxtında yatmaq uşağı onkoloji xəstəliklərdən qoruyacaq". 

 

Pediatr uşaqlarda onkoloji xəstəliklərin ilkin əlamətlərindən də danışıb: 

 

“Bəzi ailələrdə isə genetik faktorlardan asılı olaraq uşaqlarda xərçəng riski yüksək olur. Bu ehtimal olan uşaqlar da ilk olaraq müayinə olunmalı və risk qrupuna aid edilməlidir. 2020-ci ilin statistikasında onkoloji xəstəlik 13 yaşadək uşaqlarda 117 nəfərdə, 13 yaşdan 17 yaşadək uşaqlarda isə 55 nəfərdə aşkarlanıb. Bu, ötən illə müqayisədə böyük fərqə malik olmasa da, istənilən halda biz bu sayın heç olmamasını istərdik. Valideynlər uşaqlarda bu xəstəliyin ilkin əlamətlərinə fikir verməlidir.

 

Əgər uşaqlarda halsızlıq, iki həftədən çox davam edən qızdırma və göyərmələr, qarın ağrısı, baş ağrısı, tərləmə və iştahasızlıq varsa, o halda mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Xəstəliyin birinci və ikinci mərhələsində biz problemin qarşısını rahatlıqla alırıq. Lakin problem üç və dördüncü mərhələyə keçirsə, bu zaman xəstəliyin aradan qaldırılması çətinləşir”. 

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR

Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsi tibb dünyasını təəccübləndirib

Quduzluq simptomlar göründükdən sonra demək olar ki, ölümlə nəticələnən xəstəlik kimi tanınır. Ancaq bu qaydanı pozan Jeanna Giese adlı qadın olub.   G...

Milad hədiyyəsi: 75 ildən sonra bioloji qardaş və bacısını tapdı

Buffalo, Nyu-York (ABŞ) şəhərindən olan 75 yaşlı Dikson Handshaw bütün həyatı boyu özünü yeganə uşaq hesab edib. Amma bu yay onun həyatı tamamilə dəyişib, çünki...

Çovğun, qar, qasırğa: Balkanlarda qar fırtınası səbəbindən 100 min ev işıqsız qalıb - FOTOLAR

24 dekabr 2024-cü ildə Bosniya və Herseqovinanı qar fırtınası bürüyüb. Teslica kəndinin dağlıq ərazisini örtən bir metr uzunluğunda qar uçqunu vurmaq üçün xüsus...

Avtobusda sprey qutusu ilə pivə şüşəsini açdı: 13 nəfər yaralandı

Almaniyada Volfsburqdan olan 22 yaşlı gənc avtobusda böcək əleyhinə spreydən istifadə edərək bir şüşə pivə açmağa çalışıb. Hadisə faciə ilə nəticələnib. Sfer...

Musiqi iş yerində məhsuldarlığı artırır - Alimlərdən yeni TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu iş zamanı musiqi dinləyərkən insanın fərdi xüsusiyyətlərinin onun məhsuldarlığına necə təsir etdiyini müəyyən edib. Sfera.az x...

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?

Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva (Vnukovo) reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.   ...