"İstənilən Xalq artistini susdura bilərəm" - Müğənni Mehin Hümbətova

"Təhsilim incəsənət üzrədir və mən işimi görürəm. Şou-biznes sahəsində dostlarım yoxdur və buna can atmıram. Çünki şou-biznes aləmində intellektual səviyyə, şəxsi dəyərlər, həyata baxış olaraq heç kəsi özümə uyğun görmürəm. Məndən uzaq, Allaha yaxın olsunlar".

 

Sfera.az bildirir ki, bu sözləri "Lent.az"a müsahibəsində müğənni və teleaparıcı Mehin Hümbətova deyib.

 

O, həmçinin qeyd edib:

 

"Bülbül adına orta ixtisas musiqi məktəbini fərqlənmə diplomu ilə bitirmişəm, 11 il muğam dərsi almışam, müəllimlərim rəhmətlik Əlibaba Məmmədov, Qəzənfər Abbasov olublar. Rəşad Həşimovdan cazı öyrənmişəm. Musiqi Akademiyasında Xuraman Qasımovanın sinfində oxumuşam. Korifeylərdən dərs almışam. Bu gün istənilən Xalq artistini öz sənətimlə susdura bilərəm. Dilim də var dilçəyimdə. İşimi bilməyimdən irəli gəlir bu özgüvən. Mən məşhur olmaq, toylara getmək, göz önündə olmaq üçün oxumuram, Allahın verdiyi vergini dəyərləndirirəm".


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...