Bağ evindən 90 min manat oğurlandı

Bağ evindən 90 min manat oğurlandı

Sumqayıtda evdən külli miqdarda oğurluq edilib.

 

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, Qurd dərəsi bağlar sahəsindəki evlərin birindən 90.000 manat pul oğurlanıb.

 

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən  Qubadlı rayon sakini Məhəbbət Məmmədov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR