“Rusiya Ermənistanın düşməni deyil” - Zaxarova

“Rusiya Ermənistanın düşməni deyil” - Zaxarova

“Rusiya Ermənistanın düşməni deyil və heç vaxt da olmayacaq”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərə müsahibəsində deyib. O, qeyd edib ki, baş verənlərə görə Rusiyanı günahlandırmaq düzgün deyil:

 

“Bakının Qarabağla bağlı hüquqlarını tanıyan Rusiya deyil, bunu Ermənistan rəhbərliyi edib. Eləcə də, Ermənistan xalqı məsələ ilə necə məşğul olacağına qərar verməlidir. İrəvanda qəbul edilən qərarlara görə məsuliyyəti Rusiyanın üzərinə atmağa, düşmən axtarmağa ehtiyac yoxdur. Rusiya heç vaxt Ermənistanın düşməni olmayıb və olmayacaq”.

 

Zaxarova həmçinin, Rusiya ilə mübahisənin Ermənistan üçün fəlakət ola biləcəyini vurğulayıb:

 

“Ümid edirəm ki, Ermənistan rəhbərliyinin belə bir məqsədi və vəzifəsi yoxdur. Rusiya tarixən erməni xalqının müttəfiqi, dostu, ən yaxın tərəfdaşı olub, ən çətin anlarda onlara dəstək olub. Bu cür münasibətləri bir ilə, beş ilə qurmaq olmaz. Bu, zamanla sınaqdan keçirilmiş tarixdir. Amma hər şeyin üstündən xətt çəkmək? Səmimi qəlbdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə planları yoxdur”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

XİN 2024-cü ilin yekunlarına dair HESABAT YAYDI

Azərbaycanın Xarici İşlər Nazirliyi 2024-cü ilin yekunlarına dair hesabat yayıb.   Sfera.az xəbər verir ki, hesabata görə, 2024-cü il ərzində beynəlx...

Güclü külək əsəcək - XƏBƏRDARLIQ!

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 29-u günün birinci yarısında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq v...

Sabah parklanma xidməti ÖDƏNİŞSİZ OLACAQ

Bazar günü iş və ya qeyri-iş günü olmasından asılı olmayaraq, parklanma xidməti ödənişsizdir.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Na...

Azərbaycanda ən aşağı maaş bu sahələrdədir - MƏBLƏĞ

Azərbaycanda orta əməkhaqqı 993 manat olsa da, bəzi sahələrdə orta maaş bundan xeyli aşağıdır.   Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbə...

Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti qalma müddəti dəyişəcək - XİN

Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə vətəndaşlarımızın hüquqları kontekstində ...

Həftədə dörd alma yesəniz... - ARAŞDIRMA

Yangtze Xəstəxanasının (Çin) alimləri müəyyən ediblər ki, həftədə dörd alma yemək ürək-damar xəstəliklərindən ölüm ehtimalını təxminən 40% azalda bilər.  ...