Ermənistan NATO-ya üzv olur? - RƏSMİ AÇIQLAMA

Ermənistan NATO-ya üzv olur? - RƏSMİ AÇIQLAMA

“NATO hazırda Ermənistanın alyansa qoşulma imkanını nəzərdən keçirmir”.

 

Sfera.az bildirir ki, bunu “İzvestiya” qəzetinə açıqlamasında Şimali Atlantika Alyansının adı açıqlanmayan nümayəndəsi deyib. Həmin şəxs bildirib ki, rəsmi İrəvan da təşkilata üzv olmaq üçün müraciət etməyib. 

 

Digər tərəfdən, Alyansın Genişlənməsi üzrə Avropa Komitəsinin rəhbəri Günter Fehlingerin daha əvvəl Ermənistanı bloka qoşulmağa çağırması müzakirə obyekti olub. Sözügedən nümayəndə bununla bağlı da fikirlərini bölüşüb. O, Fehlingerin NATO ilə heç bir rəsmi əlaqəsinin olmadığını vurğulayıb:

 

“O, NATO əməkdaşı deyil, onun fikir və mülahizələri özünə məxsusdur. Son çağırışı da alyansın mövqeyini əks etdirmir. “NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsi” adı olsa da, bu, alyansın komitəsi və ya orqanı deyil” - blokun rəsmi nümayəndəsi “İzvestiya”ya söyləyib.

 

Eyni zamanda, NATO-dan da "İzvestiya"ya bildiriblər ki, Ermənistanın alyansa qoşulmaq üçün heç bir rəsmi müraciət olmayıb. 

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR