Hakimimiz seçmə mərhələ oyununda
14:00 / 01.11.2016
2168
FİFA referimiz Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.
Sfera.az AFFA-nın saytına istinadən xəbər verir ki, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində keçiriləcək Kipr – Cəbəllütariq qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Ona hakimlərimiz Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, oyun noyabrın 13-də Nikosiya şəhərində keçiriləcək.