Türkiyənin Baş prokuroru Azərbaycana gəldi - FOTO

Türkiyənin Baş prokuroru Azərbaycana gəldi - FOTO

Türkiyənin Baş prokuroru Bəkir Şahin ölkəmizdə rəsmi səfərdədir.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

Məlumata görə, Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Türkiyənin Baş prokuroru Bəkir Şahin ölkəmizə rəsmi səfərə gəlib.

 

Bu gün Baş prokuror Kamran Əliyevlə Türkiyəli həmkarı arasında baş tutan görüş zamanı iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub.

 

Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.

 

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Bəkir Şahin təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.

 

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi ətrafında müzakirələr aparılıb.

 

Görüşdə, həmçinin Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı iştirak edib.


OXŞAR XƏBƏRLƏR

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 23-də mü...

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...

Bu il azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təq...

Suriya böhranı Almaniyaya sıçradı: Düsseldorfda qarşıdurma - VİDEO

Yaxın Şərqdəki qarşıdurmalar Avropaya keçib. Almaniyanın Düsseldorf şəhərində Dürzi icmasının tərəfdarları ilə Suriya rejimini dəstəkləyən qruplar arasında toqq...