Payız depressiyası nədir, qarşısını necə almaq olar? - Psixoloq

Payız depressiyası nədir, qarşısını necə almaq olar? - Psixoloq

Havalar soyumağa başlayan kimi “payız depressiyası” mövzusu aktuallaşır. Bunu yağışla əlaqələndirənlər də var, səbəbi kəskin hava dəyişikliyində görənlər də...

 

Xüsusilə xanımlar bu dövrdə depressiyaya daha çox meyil etdiklərini bildirirlər.

 

Maraqlıdır, “payız depressiyası” əsl səbəbi nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova payız depressiyasının təməlinin aylar əvvəl qoyulduğunu deyib. Ekspertin sözlərinə görə, bu depressiyanın yaranmasında kənar təsirlərin, şəxslərin rolu böyükdür:

 

 

 

“Payız gözəl meyvələri baxımından bolluq ayıdır, havanın küləkli-yağışlı olması melanxolik insanların ruh halına təsir edə bilir. Digər tərəfdən bilirik ki, tədris ili başlayır və bəzən valideynlər övladları ilə bağlı hansısa işi çatdırmayanda təşvişə düşürlər, tükənmişlik yaranır. Yəni dediyim kimi, payız sindromunun kökü tükənmişlik sindromundan, xroniki yorğunluqdan gəlir. Belədə bədəndə olan fiziki yorğunluğun beyinlə birbaşa əlaqəli olduğunu da insanlar anlaya bilmir. Bu tip hallar varsa, vaxtında mütəxəssisə müraciət etmək lazımdır, çünki vaxtında müdaxilə olmasa, bipolyar, major depressiya yarana bilir. Bundan sonra isə məcbur olub antidepressantlardan istifadə edilir. Amma dərmanlardan nə qədər istifadə edilsə də, alt şüurda olan tükənmişlik sindromu növbəti yaz və payız fəslində də özünü göstərə bilər”.

 

Mütəxəssisin sözlərinə görə, xanımların payız fəslində bazarlıq edərək, yaxud görüntüləri ilə bağlı dəyişiklik edərək depressiyadan çıxması yanlış yanaşmadır:

 

“Bəzən bu fəsildə xanımlar görünüşləri ilə bağlı dəyişiklik etmək qərarı verərək əhvallarını düzəltməyə çalışırlar. Lakin bu, çıxış yolu deyil, onlar belə üsulla günlərini uzadırlar. Bu da qadınlarda müxtəlif xəstəliklərə yoluxmaları haqda fikirlər də yarada bilər. Psixoloji immunitetin aşağı düşməsi bədəndə  olacaq digər xroniki xəstəliklərin daha da ağırlaşmasına gətirib çıxarır. Ona görə də psixoloji immunitetin aşağı düşməsinə imkan vermək olmaz”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Dollar və neft ucuzlaşır - ABŞ iqtisadiyyatı böhrana girə bilər

Son bir neçə gündə beynəlxalq birjalarda səhmlərin və digər maliyyə aktivlərinin dəyər itirməsi müşahidə edilir.    Sfera.az xəbər verir ki, bu ...

Pensiyaçılara şad xəbər: bu tarixdə ödəniləcək!

Bölgələrimizdə yaşayan pensiyaçılar Novruz bayramı öncəsi təqaüdlərini tez ala biləcəklər. Belə ki, respublika üzrə pensiya ödənişi martın 18-nə nəzərdə tutulub...

“ABŞ ilə müəyyən məsafə saxlamalıyıq” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.   Sfer...

Qayınatasından prokurorluğa şikayət edən gəlinə - Cinayət işi açıldı

Ağsu rayonunda qayınatasından hüquq-mühafizə orqanlarına şikayət edən 1997-ci il təvəllüdlü S.Cəfərovanın (şərti) həqiqətə uyğun olmayan məlumat verdiyi üzə çıx...

Mask "X" şəbəkəsinə Ukraynanın hücum etdiyini bildirdi

İlon Mask “X” sosial şəbəkəsində baş verən uzunmüddətli giriş problemi ilə bağlı açıqlama verib.    O, Fox Business Network-ə verdiy...

Əməkdar artist təltif olundu

Azərbaycan Dövlət Milli Gənc Tamşaçılar Teatrının aktrisası, Əməkdar artist Kəmalə Müzəffər  qızı Hüseynova  təltif olunub.   Sfera.az xəbə...