Paşinyan separatçıların yeni liderini təbrik etmədi, səbəb nədir? - AÇIQLAMA

Paşinyan separatçıların yeni liderini təbrik etmədi, səbəb nədir? - AÇIQLAMA

Məlum olduğu kimi, Xankəndidə qondarma “prezident seçkisi” keçirilidi. Nəticədə özünü separatçıların “parlamenti” adlandıran qanunsuz qurum Samvel Şahramanyanı “prezident” elan edib. Baş nazir Nikol Paşinyanın Samvel Şahramanyanı bu münasibətlə təbrik etməməsi isə gündəm mövzusu olub. Digər tərəfdən də Paşinyana bu təbrik üçün təzyiqlər olunduğu da iddia olunur.  

 

Bəs nazirin edəcəyi seçimin nəticələri necə ola bilər?


Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sfera.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyan hələ ağlını tam itirməyibsə, Samvel Şahramanyanı təbrik etməməlidir:

 


“Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyana qarşı yeni təzyiq aləti tapıb və sualı belə qoyublar:

 

"Ermənistanın Baş naziri Dağlıq Qarabağın yeni prezidenti seçilən Samvel Şahramanyanı niyə təbrik etməyib?”. Nikol Paşinyan hələ ağlını tam itirməyibsə, Samvel Şahramanyanı separatçıların “lideri” seçilməsi münasibətilə təbrik etməməlidir, bu onun sözdə də olsa, “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” açıqlamasına uyğun olar”.

 

Politoloq vurğulayıb ki, Paşinyanın atacağı bu addım Azərbaycanla münasibətin daha da pisləşməsinə səbəb olacaq:

 

“Nikol Paşinyan təcili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək və həmin görüşdə nəsə nəticə əldə etmək istəyirsə, “təbrikdən” imtina etməlidir. Yox əgər Nikol Paşinyan daxildəki və xaricdəki radikalların təzyiqi altında Samvel Şahramanyanı separatçıların “lideri” seçilməsi münasibətilə təbrik edərsə, gərək Azərbaycanla münasibətlərin normallaşmasına ümid etməsin. Bu “təbrik” onun çox qorxduğu toqquşma ehtimalını da artıracaq”.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib. ...

Avtomobil nəhənginin insanların həyatı bahasına başa gələn səhvi - Dəhşətli hadisələr zənciri necə başlayıb?

2014-cü ildə başlayan General Motors qalmaqalı milyonlarla avtomobilin geri çağırılmasına və ən azı 97 nəfərin ölümünə səbəb olub.   Bəs, bu dəhşətl...

Dodi Əl-Fayedin atası kral malikanəsindən cinsi istismar üçün istifadə edib?

2023-cü ildə 94 yaşında dünyasını dəyişən misirli milyarder Mohamed Əl-Fayed bir neçə qadın tərəfindən zorlamada ittiham edilib. Onlardan bəziləri Parisdəki &ld...

Premyer Liqa: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək.   Sfera.az-ın məlumatına görə...

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib....

Bakıda obyekt yandı - VİDEO

Bakının Binəqədi rayonunda yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonun M....