Kim Çen İn Rusiyada səfərdədir

Kim Çen İn Rusiyada səfərdədir

Şimali Koreya lideri Kim Çen In Rusiyaya gedib.

 

Sfera.az bildirir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

 

“Şimali Koreya lideri öz qatarı ilə Rusiyaya daxil olub və sərhədi keçdikdən sonra Xasan stansiyasına gəlib”, - məlumatda qeyd olunub.

 

Məqalə müəllifləri bildiriblər ki, Kim Çen In sentyabrın 10-da ölkəni hakim Fəhlə Partiyasının, hökumətin və hərbçilərin rəhbər şəxslərinin müşayiəti ilə tərk edib.

 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da məlumatı təsdiqləyib. “Mən təsdiq edirəm. Bu, həqiqətən də belədir”, - o qeyd edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR