Elm dünyasının titanı: Qoyunu klonlaşdıran alim öldü - FOTO 

Elm dünyasının titanı: Qoyunu klonlaşdıran alim öldü - FOTO 

Böyük Britaniyada somatik hüceyrədən klonlaşdırılmış ilk məməli heyvan Dolly the Sheep-i yaradan komandaya rəhbərlik edən alim İan Vilmut 79 yaşında vəfat edib. 

 

Sfera.az bildirir ki, alim Parkinson xəstəliyindən əziyyət çəkirdi. 

 

Ian Wilmut 2012-ci ilə qədər Edinburq Universitetində işləyib, sonra təqaüdə çıxıb.

Embrioloq və genetik, heyvanı klonlaşdıra bilən Edinburq Universitetinin Roslyn İnstitutunun alimlərinə rəhbərlik edib. “Dolly the Sheep” isə 5 iyul 1996-cı ildə anadan olub.

 

Edinburq Universitetinin direktoru və prorektoru professor Peter Mathison "O, elm dünyasının titanı idi" deyib və əlavə edib ki, Vilmutun təcrübəsi dövrün elmi təfəkkürünü dəyişib.

 

 

İngilis professorun karyerasının kulminasiya nöqtəsi olan qoyun Dolly ilə əldə etdiyi əsı sıçrayış idi. Lakin bu, onun elmdəki yeganə uğuru deyil. 1960-cı illərin sonunda o, heyvanların tədqiqi və kriokonservasiyasında çalışmışdır. 1973-cü ildə Kembric Universitetində bir komandanın tərkibində donmuş embriondan doğulan ilk buzov olan Frosty yaradıb. 

 

1997-ci ilin fevralında “Observer” jurnalında Dollinin klonlaşdırılması xəbəri çıxanda bu, medianın qəzəbinə səbəb olub və gələcəkdə bu texnikanın insanları klonlaşdırmaq üçün istifadə oluna biləcəyi qorxusu da daxil olmaqla, klonlaşdırma etikasına dair ictimai müzakirələrə səbəb olub.

 

O zaman Wilmut insanın klonlaşdırılması perspektivini iyrənc adlandıraraq, onun işinin insanların surətinin çıxarılması ilə heç bir əlaqəsi olmadığını bildirib. Əvəzində o qeyd edib ki, bu sıçrayış alimlərə hələ dərmanı olmayan genetik xəstəlikləri öyrənməyə imkan verəcək.

 

 

Zarafatla müğənni Dolli Partonun adı qoyulan Dolli altı quzu dünyaya gətirib və həyatının qalan hissəsini Edinburq yaxınlığındakı Rosslin İnstitutunda sürü arasında keçirib. O, 2003-cü ildə altı yaşında evtanaziya edilib. Dolly artrit və virusun yaratdığı ağciyər xəstəliyindən əziyyət çəkirdi. Ölümdən sonra qoyunun cəsədi Şotlandiya Milli Muzeyinə təhvil verilib. 

 

2007-ci ildə Dolly ilə eyni hüceyrə partiyasından daha dörd qoyun doğulub. Wilmutun bu sahəyə marağı bütün karyerası boyunca davam edib, xüsusən də o, regenerativ tibbdə kök hüceyrələrin istifadəsini araşdırmağa diqqət edib. 2006-cı ildə Edinburq Universitetində MRC Regenerativ Tibb Mərkəzinin ilk direktoru olub və iki il sonra elmə xidmətlərinə görə “cəngavər” titulu alıb.

 

2012-ci ildə təqaüdə çıxıb və 2018-ci ildə Parkinson xəstəliyinə tutulduğu məlum olub. 2016-cı ildə Dollinin 20 illik yubileyi ərəfəsində jurnalistlərə açıqlama verən Wilmut Dolli olmasaydı, kök hüceyrə araşdırmalarının 20 il geridə qala biləcəyini qeyd edib.

 

Aysel

 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib. ...

Avtomobil nəhənginin insanların həyatı bahasına başa gələn səhvi - Dəhşətli hadisələr zənciri necə başlayıb?

2014-cü ildə başlayan General Motors qalmaqalı milyonlarla avtomobilin geri çağırılmasına və ən azı 97 nəfərin ölümünə səbəb olub.   Bəs, bu dəhşətl...

Dodi Əl-Fayedin atası kral malikanəsindən cinsi istismar üçün istifadə edib?

2023-cü ildə 94 yaşında dünyasını dəyişən misirli milyarder Mohamed Əl-Fayed bir neçə qadın tərəfindən zorlamada ittiham edilib. Onlardan bəziləri Parisdəki &ld...

Premyer Liqa: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək.   Sfera.az-ın məlumatına görə...

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib....

Bakıda obyekt yandı - VİDEO

Bakının Binəqədi rayonunda yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonun M....