İllər əvvəl onu istifadə edən hər kəs cadugərlikdə ittiham olunurdu- Qırmızı dodaq boyasının dəb halına necə gəldi? 

İllər əvvəl onu istifadə edən hər kəs cadugərlikdə ittiham olunurdu- Qırmızı dodaq boyasının dəb halına necə gəldi? 

Qırmızı dodaq boyası indi qadınların vazkeçilməz makiyaj vasitəsi olsa da, yüz illər əvvəl qırmızı pomada çəkən qadınlar cadugərlikdə ittiham olunurdular. Bəs qırmızı dodaq boyasının hekayəsi nədir?

 

Bu gün qırmızı pomada olmayan kombinasiyalar natamam hesab edilərkən, yüz illər əvvəl qırmızı pomada çəkən qadınlar həm əxlaqsızlıqda, həm də cadugərlikdə ittiham olunurdular.

 

Bəs, qırmızı pomada necə öz pis taleyindən xilas oldu və birdən-birə dəb halına gəldi?

 

Sfera.az qırmızı dodaq boyasının qısa hekayəsini təqdim edir.

 

Tarix boyu qadınlara cinsi istəklərini cilovlamağa kömək etmək üçün bir çox şayiələr yaradılmışdır.

 

Bunların ən sərtlərindən biri 1700-cü illərdə İngiltərədə baş verib.

 

İngiltərədə Tomas Hall adlı keşiş qəfildən qadınlara qırmızı dodaq boyasını qadağan etmək qərarına gəlib.

 

Çünki onun fikrincə, qırmızı pomada çəkən qadınlar zahiri görünüşü ilə kişiləri asanlıqla şirnikləndirə bilirdilər.

Keşişin qəbul etdiyi yeni qanuna əsasən, makiyajlı qadınlar kişiləri onlarla evlənməyə şirnikləndirir, eyni zamanda cadugərlikdə ittiham olunurdular.

 

Tarixçilər bu dövrü araşdırdıqda, 19-cu əsrdə makiyajın yuxarı təbəqədən olan qadınlar üçün adi bir şey olmadığını və yalnız “əxlaqı aşağı olan” qadınlar üçün nəzərdə tutulduğunu aşkar ediblər.

 

Dövrün aptek və mağazalarında gizli şəkildə qırmızı dodaq boyası satıldığı halda, zaman keçdikcə qırmızı pomada çəkmək ədəb qaydalarına təhqir kimi qəbul edilib.

 

20-ci əsrin əvvəllərində “Suffragette” yəni Emmeline Pankhurst başda olmaqla qadınların kişilərin dominant olduğu siyasətə qarşı səsvermə və seçilmək hüququ qazanmaq uğrunda mübarizəsinin rəngi qırmızı oldu; etiraz edən qadınlar qırmızı geyinib, qırmızı dodaq boyası çəkib...

 

Bu hadisədən illər sonra Elizabet Arden adlı məşhur iş qadını güc simvolu olaraq qırmızı pomadadan sərbəst istifadə edən ilk şəxs olub.

 

Məşhur kosmetika brendinin sahibi olan Arden öz brendini qırmızı pomada ilə birləşdirərək onu stereotip hekayələrdən uzaqlaşdıraraq qadın gücünə çevirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib. ...

Avtomobil nəhənginin insanların həyatı bahasına başa gələn səhvi - Dəhşətli hadisələr zənciri necə başlayıb?

2014-cü ildə başlayan General Motors qalmaqalı milyonlarla avtomobilin geri çağırılmasına və ən azı 97 nəfərin ölümünə səbəb olub.   Bəs, bu dəhşətl...

Dodi Əl-Fayedin atası kral malikanəsindən cinsi istismar üçün istifadə edib?

2023-cü ildə 94 yaşında dünyasını dəyişən misirli milyarder Mohamed Əl-Fayed bir neçə qadın tərəfindən zorlamada ittiham edilib. Onlardan bəziləri Parisdəki &ld...

Premyer Liqa: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək.   Sfera.az-ın məlumatına görə...

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib....

Bakıda obyekt yandı - VİDEO

Bakının Binəqədi rayonunda yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonun M....