Kremldən Kim Çen İnlə bağlı MÜHÜM AÇIQLAMA

Kremldən Kim Çen İnlə bağlı MÜHÜM AÇIQLAMA

Şimali Koreya lideri Kim Çen In dəbdəbəli zirehli qatarı ilə Rusiyaya yola düşüb.

 

Sfera.az bildirir ki, bu barədə Cənubi Koreya mətbuatında məlumat dərc olunub.

 

“Dong-A Ilbo” qəzeti qatarın Rusiyaya getdiyini və çərşənbə axşamı səhər saatlarında sərhədi keçəcəyini yazıb. Şimali Koreya liderinin çərşənbə günü Putinlə görüş keçirə biləcəyi vurğulanıb.

 

Kremlin sözçüsü Dimitri Peskov isə jurnalistlərə açıqlamasında bildirib ki, Putin və Kim Çen In təkbətək görüşə bilərlər. O əlavə edib ki, iki ölkənin nümayəndə heyətləri danışıqlar aparacaq. 

 

Xatırladaq ki, Kreml bu yaxınlarda iki liderin görüşəcəyi ilə bağlı iddianı şərh etməkdən imtina etmişdi.  

 

Günay


OXŞAR XƏBƏRLƏR