Birinci Qarabağ müharibəsində itkin düşən hərbçinin meyitinin qalıqları Füzulidə dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşən hərbçinin meyitinin qalıqları Füzulidə dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Əli Hüseynovun meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonunda dəfn olunub.

 

Sfera.az report-a istinadən xəbər verir ki, şəhid rayonun Aşağı Yağlıvənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, Hüseynov Əli Heydər oğlu 1968-ci ilin avqustun 13-də Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində anadan olub. 1991-ci ilin sonundan başlayaraq könüllü olaraq ordu sıralarına yazılıb. Füzuli, Xocavənd ərazisində gedən döyüşlərdə iştirak edib.

 

Ə.Hüseynov 1993-cü ilin avqustun 6-da Füzuli rayonunun Govşaltı kəndinin azadlığı uğrunda gedən döyüşlərdə itkin düşüb.

 

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb.

 

Ekspertiza nəticəsinə meyit qalıqlarından birinin Əli Hüseynova məsus olduğu təsdiqlənib.


OXŞAR XƏBƏRLƏR