Əməkdar artist 7 aylıq övladını itirdi: "Nəfəsi getdi, gəlmədi..." - FOTO

Əməkdar artist 7 aylıq övladını itirdi:

“Əziz insanları həmişə yanında görmək istəyirsən. O da valideynlərimdir. Valideyn yarası heç zaman sağalmır. Yeni il gecəsi anam, 3 ay sonra isə bacım Novruz bayramında dünyasını dəyişdi. Anamın vəfatından sonra 2 ay dərin stress yaşadım. Bu itkini çox dərin keçirdim. Özümdə deyildim. Mənə söz deyirdilər, eşitmirdim. Bir şey deyirlər, yadında qalmırdı”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Zakir Əliyev “Nanəli” verilişinə müsahibəsində deyib.


Anasını və bacısını itirən sənətçi bu ağrını dünyaya gələn qızı ilə ovutmağa çalışıb:

 

“Bacım dünyasını dəyişəndən sonra bir təsəlli kimi Allah bizə övlad payı verdi. Uşaq mələk idi. Onu xəstəxanadan çıxaranda avtomobildə qucağıma aldım, inanmadım ki, bu uşaq mənim övladımdır. Ay parçası kimi idi. Övladımın dünyaya gəlməsi məni dərin stressdən çıxardı. Uşaq sanki dünyamı dəyişdi”.

 

Lakin Z.Əliyevin sevinci çox çəkməyib. 7 ayında ağır şəkildə xəstələnən qızı Nərgiz dünyasını dəyişib.

 

“Digər övladlarım qızımın öldüyünü biləndə evdə bağırırdılar. Təcili yardımı çağırsaq da, kömək edə bilmədilər. Körpə çox pis xəstələndi. Soyuqladı və bronxları tutuldu.

 

Evdə bir dəqiqənin içində nəfəsi getdi, gəlmədi. Yəni övladın körpə, kiçik, yaşlı olmasından aslı olmayaq valideynin qəlbində böyük iz salır. Həyat yoldaşımla kiçik bir qutu tapdıq. Körpəmizi o qutunun içinə qoyub kəndə apardıq. Körpəmi qardaşımla birgə böyük övlad kimi dəfn etdik. Bunu Allahın imtahanı hesab edirəm. Şükür Allahın məsləhətinə. Görünür ki, bütün bu stressləri mən yaşamalı idim”, - deyə Zakir vurğulayıb.(bizim.media)


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...