\"O torpaqlar türkündür, İran həmin vaxt necə susmuşdusa...\" - ŞƏRH

\

Xəbər verdiyimiz kimi, İranın şimal-qərbindəki ordusu Azərbaycanın Zəngəzur dəhlizini açmaq üçün Ermənistanla toqquşmaya girəcəyi təqdirdə, əks-hücum əməliyyatına başlamaq üçün hazırlıq görür. 

 

Azərbaycanın İranla bir probleminin olmamasına baxmayaraq, qonşu dövlətin bu addımı atmasının, gərginlik yaratmasının səbəbi nədir?

 

Bəs belə bir şeyin olacağı təqdirdə hadisələr necə cərəyan edəcək?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib ki, İran həmin torpaqların müsəlman və türk torpaqları olduğunu anlamalıdır:

 

“Məlumdur ki, İran bölgədə vəziyyətin dəyişməsindən narahatdır, amma başa düşməlidir ki, heç bir dəyişən sərhəddən söhbət gedə bilməz.

 

Birincisi, Azərbaycan və Ermənistan arasında sərhəd müəyyənləşməyib.

 

İkincisi, əgər İran Qərbi Zəngəzur torpaqlarından danışırsa, o zaman 1920-ci illərdə iki yerə parçalananda, Qərbi Zəngəzur hissəsi Ermənistana veriləndə niyə susurdu?

 

Əlbəttə, ona görə danışmırdı ki, onun ilk dəfə olaraq erməni dövləti ilə sərhədi yaranmışdı. Qədim türk, müsəlman torpağının bir hissəsi ermənilərə verilmişdi.

 

İran tərəfi indi “sərhədlər dəyişməzdir” kimi bəyənatlar verirsə, başa düşməlidir ki, o torpaqlar müsəlman və türk torpaqlarıdır. İranın şimalında və şimal-qərbində Ermənistan deyilən bir dövlət olmayıb. Belə bir dövlətin meydana gəlməsi tarixi Azərbaycan torpaqları hesabına baş tutmuşdur”.

 

Politoloq qeyd edib ki, bu gün sadəcə Azərbaycanın yanında yer alacaq dövlətlər bölgədə öz maraqlarını təmin edə biləcəklər:


“Ümumiyyətlə, sadəcə İran yox, digər ölkələrdən də əgər kimsə bölgədəki vəziyyətin dəyişməsindən narazıdırsa, o zaman regiondakı çağırışların həll edilməsində iştirak etməlidir. 30 il ərzində Qarabağ və Şərqi Zəngəzur torpaqlarının işğaldan azad edilməsi və BMT qətnamələrinin reallaşmasında heç kim Azərbaycana kömək etmədi. Azərbaycan bunu öz dostlarının siyasi və digər dəstəkləri ilə hərbi əməliyyatlarla həyata keçirdi. Bu gün də kimlər ki Azərbaycanın yanında yer alacaq, onlar bölgədə öz maraqlarını təmin edə biləcəklər.

 

Əslində, İranın 30 il ərzində gözləməsi və status-kvonun dəyişilməməsi istiqamətində atdığı addımlar ona gətirib çıxardı ki, İran bu gün Cənubi Qafqazdakı proseslərdə demək olar ki, iştirak etmir. Bundan sonrakı proseslərdə iştirak etmək istəyirsə, o, mütləq şəkildə yenə də Qarabağın dağlıq hissəsi olan Xankəndidə Azərbaycana yönəlik çağırışların tətbiq edilməsində Bakının yanında yer almalıdır. Yoxsa, kimsə bizim qarşımızda yer alacaq, status-kvonun Qarabağda qalmasında maraqlı olacaqsa, Ermənistanla hərbi-texniki istiqamətdə əməkdaşlıq edəcəksə, Azərbaycan üzərinə hansısa tələblər qoyacaqsa, bu keçərli olmayacaq”.

 

Z.Məmmədov Azərbaycanın xarici siyasi münasibətlərini hər zaman qarşılıqlı hörmət çərçivəsində qorumağa çalışdığını da vurğulayıb: 

 

“Əlbəttə, hər bir ölkə bilməlidir ki, Azərbaycan onun qarşısında kimin olmasından asılı olmayaraq, münasibətlərin bərabərhüquqlu, qarşılıqlı hörmətə və marağa əsaslanan şəkildə keçirilməsinin tərəfdarıdır və bunu da edir”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...