Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşır 

Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşır 

Son 70 gündə beynəlxalq birjalarda neftin bahalaşması Azərbaycana ixrac etdiyi “qara qızıl”ı daha yüksək qiymətə satmağa imkan yaradıb. 


Sfera.az xəbər verir ki, bu ilin iyunun sonlarında “Brent” markalı neftin qiyməti 72 dollara qədər enmişdi. Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftin qiyməti isə həmin günlərdə 76-77 dollara qədər düşmüşdü. 


Lakin iyuldan neft qiymətlərinin yüksəlişə keçməsi hesabına  “Azeri Light” markalı neftin qiyməti də artıb. Dünən “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,63 dollar artaraq 97,06 dollar olub. 


Müqayisə göstərir ki, son 70 gündə ixrac etdiyimiz neftin qiyməti 20 dollardan çox, yəni 27 faizə yaxın artıb. 


Neftin bahalaşması Azərbaycanın “qara qızıl” satışından proqnozdan artıq gəlir əldə etməsinə şərait yaradır. 2023-cü ilin dövlət büdcəsində neftin ortaillik qiyməti 60 dollardan hesablanıb. Mövcud qiymətlər proqnoz qiymətdən xeyli yüksəkdir. Bu vəziyyət Azərbaycanın ixracının həcminin artmasına, dövlət büdcəsinin gəlirlərinin artmasına və Dövlət Neft Fondunun aktivlərinin yüksəlməsinə səbəb olacaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Yunus Əmrə İnstitutunun keçmiş rəhbəri həbs edildi

Türkiyədə məhkəmə Yunus Əmrə İnstitutunun keçmiş rəhbəri Şərəf Atəş haqqında həbs qətimkan tədbiri seçib.   Sfera.az xəbər verir ki, açılan cinayət i...

İstanbulda yeni danışıqlar – Zelenski niyə fikirini dəyişdi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna üzrə danışıqların üçüncü raundunun İstanbulda keçirilməsi...

Ağdamdakı Qiyaslı məscidindən görüntülər - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidlə bağlı instaqram sosial şəbəkəsindəki rəsmi hesabında paylaş...

İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, məktubda deyilir...

Müəllimlərə şad xəbər - Güzəşt əldə edəcəklər

İyulun 16-da təhsil işçiləri üçün hazırlanmış "TəhsilPlus" kartının təqdimat mərasimi keçirlib.   "TəhsilPlus" kartının reallaşdı...

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət edib

Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarını yaxınları ziyarət edib.   Sfera.az ...