Trampa qarşı daha bir iddia: "Şəxsi sərvətini 3,6 milyard..."

Trampa qarşı daha bir iddia:

ABŞ-də prokurorlar keçmiş prezident Donald Trampın bir illik şəxsi sərvətini olması lazım olduğundan təxminən 3,6 milyard dollar çox açıqladığını iddia ediblər.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkun baş prokuroru Letitia Ceyms 250 milyon dollarlıq iddianın bir hissəsi olaraq məhkəməyə təqdim etdiyi faylda Trampı illik xalis sərvətini ofisinin əvvəllər hesabladığından milyardlarla dollar artırmaqda ittiham edib. 

 

Trampın vəkilləri isə baş prokurorun təxminlərinə etiraz ediblər:

 

“Prezident Tramp dünyanın ən tanınmış və güclü brendlərindən biri tərəfindən dəstəklənən çoxmilyardlıq qlobal korporativ imperiya qurub”.

 

Məsələ ilə bağlı müzakirələr isə hələ də davam edir.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR