Ağalıya daha 25 ailə köçürüləcək

Ağalıya daha 25 ailə köçürüləcək

Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

 

Sfera.az xəbər verir ki, püşkatmada 25 ailə (123 nəfər) iştirak edib.

 

Ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, 9-u dördotaqlı, 6-ı beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

 

Püşkatmanın iştirakçıları doğma yurda qayıdışdan çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər.

 

Həmin ailələr, qrafikə uyğun olaraq, sentyabrın 13-də Ağalı kəndinə yola salınacaqlar.


OXŞAR XƏBƏRLƏR