G20 Liderlər Sammitində nələr müzakirə olunacaq?

G20 Liderlər Sammitində nələr müzakirə olunacaq?

Hər il müxtəlif ölkələrdə keçirilən G20 (iqtisadiyyatı ən böyük olan 20 ölkə - red.) Liderlər Sammiti sabah Hindistanda baş tutacaq.

 

Sfera.az xəbər verir ki, 18-ci dəfə keçiriləcək builki sammitdə yaşıl inkişaf, inklüziv və davamlı böyümə, texnoloji transformasiya və rəqəmsal ictimai infrastruktur, qadınların hüquq və haqlarının qorunması kimi məsələləri önə çıxarılacaq.

 

Sentyabrın 9-10 tarixlərində Hindistanın Yeni Dehli şəhərində keçiriləcək sammitə qatılacaq ölkələr dünyada istehsalın 85 faizini və dünya ticarətinin 75 faizini təşkil edirlər. Dünya əhalisinin təxminən 66 faizi G20 ölkələrində yaşayır.

 

Budəfəki sammitdə Rusiya dövlət başçısı Vladimir Putin və Çin lideri Si Cinpin iştirak etməyəcək. Çini baş nazir Li Çanq, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Ölkə liderlərinə təkbətək danışıqlar imkanı da verən sammitdə iştirakçı ölkələrin liderlərinin regional və qlobal problemləri, xüsusilə Ukrayna-Rusiya müharibəsini müzakirə edəcəyi gözlənilir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR