Azərbaycanda ikinci ən böyük etnos hansıdır? – AÇIQLANDI

Azərbaycanda ikinci ən böyük etnos hansıdır? – AÇIQLANDI

Ərazisinin kiçik və əhali sayının az olmasına baxmayaraq, Azərbaycan çoxmillətli, etnik tərkibi zəngin olan ölkələrdən hesab edilir.

 

2019-cu ildə aparılan son siyahıyaalınmaya əsasən, ölkəmizin vətəndaşları arasında 20-dən çox millət və etnik qrupa məxsus olan insanlar var.

 

Son siyahıyaalınmaya əsasən etnik mənsubiyyətinə görə ən böyük çoxluq azərbaycanlılara məxsusdur. Azərbaycanlıların sayı 2009-cu ildə aparılan siyahıyaalınmaya nisbətən 1,263 milyon nəfər artaraq 9,436 milyon nəfərə çatıb.

 

On il ərzində azərbaycanlıların ümumi əhali sayında payı 91,6 faizdən 94,8 faizə yüksəlib.

 

Əvvəlki illərdə aparılan siyahıyaalınma nəticələrinə əsasən azərbaycanlıların əhali sayında payının ən az olduğu tarix 1939-cu il olub. Həmin ildə əhalinin 58,4 faizi azərbaycanlı idi.

 

Ölkəmizdə ikinci ən böyük etnos ləzgilərdir. 2019-cu ildə Azərbaycanda etnik mənsubiyyəti ləzgi olan 167,6 min vətəndaş olub. Onların sayı 2009-cu illə müqayisədə 12,7 min nəfər azalıb. Azərbaycan əhalisinin 1,7 faizi ləzgilərdən ibarətdir. Bu göstərici 1939-cu ildə 3,5 faiz idi.

 

Talışlar ölkəmizdə sayına görə ikinci ən böyük etnosdur. Onların sayı 87,6 mindir. Əvvəlki siyahıyaalınma ilə müqayisədə talışların sayında 24,4 min nəfər azalma baş verib və əhalinin 0,9 faizini təşkil edib. 1926-cı ildə Azərbaycan əhalisinin 3,3 faizi talışlardan ibarət olub.

 

Sayı çox olan digər millətin nümayəndəsi ruslardır. Rusiyaların sayı 2009-cu illə müqayisədə 48,3 min nəfər azalaraq 71 minə, əhali sayındakı payı isə 0,7 faizə düşüb.

 

Ümumilikdə, 1939-cu ildən sonra rusların sayında davamlı azalma müşahidə edilir. Həmin ildə rus vətəndaşlarımızın sayı 528,3 min nəfər olduğu halda, 1989-cu ildə 392 minə, 2009-cu ildə 119 minə geriləmişdi.

 

Azərbaycanda vətəndaşlığı olan digər millətlərdən və etnik qruplardan avarların (48,6 min nəfər), türklərin (30,5 min), tatların (27,7 min), tatarların (17,7 min), ukraynalıların (14 min) sayı çoxdur.

 

Azərbaycanda yeni siyahıyaalınmaya görə 200 nəfər erməni də yaşayır. Ölkəmizdə ermənilərin sayı 1970-ci ildə 483,5 min nəfərə qədər artmışdı.

 

Son siyahıyaalınmada işğal altında olan ərazilərdə yaşayan ermənilərin sayı nəzərə alınmayıb.

 

Qeyd edək ki, siyahıyaalınma zamanı sorğu olunan hər bir şəxs milliyyətini özü müəyyən edib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR