“Bir çoxu koronavirusa yoluxub, amma bunu qrip bilir...” – İnfeksionistdən AÇIQLAMA

“Bir çoxu koronavirusa yoluxub, amma bunu qrip bilir...” – İnfeksionistdən AÇIQLAMA

Payız fəsli daxil olmamış infeksion xəstəliklərlə bağlı şikayətlərin çoxaldığı sezilir. Bəzi şəxslər eyni zamanda müxtəlif xəstəliklərin respiratorlarını birdən daşıdığını və ağırlaşma hallarının olduğunu bildirirlər.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən infeksionist İsa Əliyev hazırda bir sıra şəxslərin mövsümi xəstəliklərlə birgə, koronavurus simptomlarını da daşıdığını deyib. Mütəxəssisin sözlərinə görə, bəzi pasiyentlər koronavirusa yoluxsa da, bundan xəbərsiz olduğu üçün yanlış müalicə üsulu da seçirlər:

 

"Bir çoxu koronavirusa yoluxsalar da, bunu qəbullanmırlar və xəstəliklərini "qrip" adlandırırlar. Lakin unutmaq olmaz ki, qrip də müəyyən hallarda ağırlaşmalara səbəb olur. Əgər orqanizm zəifdirsə, xəstəlik müddətində ağırlaşma halları yaşana bilir. Buna görə də bəzən qrip xəstəliyini keçirən şəxslər özlərinin eyni anda fərqli xəstəliklərə yoluxduğunu düşünürlər. Məsələn, koronavirusda yanaşı xəstəliklər, yaşın çox olması, artıq çəki və digər problemlər ağırlaşmalara səbəb ola bilirsə, digər infeksion xəstəliklərdə də müxtəlif səbəblər ağırlaşma yaradır. Bu, qrip xəstəliyi üçün də xarakterik haldır”.

 

İnfeksionist orqanizmə eyni anda bir neçə virusun düşməsinin qara ciyər serrozu yarada bildiyini də deyib:

 

"İki virusun eyni zamanda orqanizmə yoluxması "koinfeksiya" adlanır. Bir virus bədəndə olduğu halda digər virusa yoluxma halına isə "superinfeksiya" deyilir. Bu hallar infeksion xəstəliklərdə yaşana bilir. Bəzən bu iki halın hər birində ağırlaşmalar daha çox qeydə alınır. Bunun da səbəbi orqanizmin iki xəstəliktörədici infeksiya ilə mübarizə aparmaq məcburiyyətində qalmasıdır. Yəni belə olan halda  immun sistemi yüklənir. Buna görə də ağırlaşmalar qeydə alınır. Məsələn, "Hepatit D" virusu təklikdə insan orqanizminə heç bir ziyan vura bilmir, amma "Hepatit B" xəstəsinə "Hepatit D" virusu da yoluxarsa, o zaman kəskin ağırlaşmalar yaşanır və qısa müddətdə qara ciyər serrozu yaranır. Belə halların olması elmlə təsdiqlənib və digər infeksion xəstəliklərdə də baş verə bilir”.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Yunus Əmrə İnstitutunun keçmiş rəhbəri həbs edildi

Türkiyədə məhkəmə Yunus Əmrə İnstitutunun keçmiş rəhbəri Şərəf Atəş haqqında həbs qətimkan tədbiri seçib.   Sfera.az xəbər verir ki, açılan cinayət i...

İstanbulda yeni danışıqlar – Zelenski niyə fikirini dəyişdi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna üzrə danışıqların üçüncü raundunun İstanbulda keçirilməsi...

Ağdamdakı Qiyaslı məscidindən görüntülər - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidlə bağlı instaqram sosial şəbəkəsindəki rəsmi hesabında paylaş...

İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, məktubda deyilir...

Müəllimlərə şad xəbər - Güzəşt əldə edəcəklər

İyulun 16-da təhsil işçiləri üçün hazırlanmış "TəhsilPlus" kartının təqdimat mərasimi keçirlib.   "TəhsilPlus" kartının reallaşdı...

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət edib

Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarını yaxınları ziyarət edib.   Sfera.az ...