Müdafiə Nazirliyi təcili məlumat yaydı - Saat 00:25 radələrində...

Müdafiə Nazirliyi təcili məlumat yaydı - Saat 00:25 radələrində...

Sentyabrın 8-də saat 00:25-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

 

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən Sfera.az-a bildirilib.

 

“Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb”, - deyə nazirlikdən əlavə edilib.


OXŞAR XƏBƏRLƏR