Qaxa güclü dolu və leysan yağdı - Elektrik enerjisinin verilişi dayandırıldı

Qaxa güclü dolu və leysan yağdı - Elektrik enerjisinin verilişi dayandırıldı

Bu gün axşam saatlarından Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur.

 

Sfera.az-ın məlumatına görə, Qax şəhər ərazisinə təqribən 5 dəqiqə davam edən dolu düşüb.

 

Güclü külək və yağış nəticəsində şəhərin Heydər Əliyev prospektində 2 ədəd ağac aşıb. Şəhərdən keçən kanalın daşması nəticəsində su avtomobil yoluna dolub.

 

Əraziyə elektrik enerjisinin verilişi dayandırılıb.

 

Hazırda güclü leysan yağışı davam edir.(qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR