Məktəbdə də hamı ilə dava edirmiş - Putinin bilmədiyiniz tərəfləri

Məktəbdə də hamı ilə dava edirmiş - Putinin bilmədiyiniz tərəfləri

20 ildən artıq Rusiyanın baş naziri və prezidenti olan Vladimir Putin mübariz ailədə doğulan və iş həyatına dövlət agenti kimi başlayan Putinin həyatı ilə bağlı bilmədiyiniz maraqlı faktları oxumaq istərdinizmi?



Sfera.az sizə Vladimir Putinin həyatından maraqlı, heç vaxt məlum olmayan faktları təqdim edir.


Putin 1952-ci il oktyabrın 7-də indiki Sankt-Peterburqda anadan olub. O, Sovet İttifaqının Sankt-Peterburq kimi tanıdığımız Leninqrad şəhərində anadan olub, tam adı Vladimir Vladimiroviç Putindir.


 

Putinin ailəsi isti suyun belə olmadığı mənzildə başqa ailələrlə birgə həyat sürüb.


Atası İkinci Dünya Müharibəsi zamanı atılan bomba nəticəsində şikəst olmuş, anası isə az qala aclıqdan öləcəkdi. Putinin iki böyük qardaşı Viktor və Albert Leninqradın mühasirəsi zamanı həyatını itirib.


Məktəb illərində çox da istedadlı şagird olmayıb. Əslində müəllimlərinin qeydlərinə görə dərs vaxtı danışır, riyaziyyatdan ev tapşırığını etmir, başqa şagirdlərə təbaşir atırmış.


Onun musiqi dərslərində xüsusilə dözülməz olduğu, bədən tərbiyəsi zamanı həm müəllimi, həm də özündən böyük şagirdlərlə dava etdiyi də deyilir.
Leninqrad Universitetinin hüquq fakültəsini bitirən Putin həm kəşfiyyat sektorunda işləmək, həm də ölkəsinə xidmət etmək istədiyi üçün KQB-də (Dövlət Təhlükəsizlik Komitəsi) işə başlayıb.


15 il KQB-də xarici kəşfiyyatçı olan Putin bu dövrün 6 ilini Almaniyanın şərqində keçirib.


Putin mətbuat qarşısında rus dilindən başqa dildən istifadə etməsə də, orta məktəbdə alman dilini, KQB hazırlığı üçün isə ingilis dilini öyrənib.


Sovetlər dağılandan sonra polkovnik-leytenant rütbəsi ilə KQB-dəki postunu tərk edən Putin bu müddətdə hətta taksi sürücüsü də işləyib.



Bundan sonra, 90-cı illərdə o, Sankt-Peterburqun demokratik yolla seçilmiş ilk meri Sobçakın müşaviri vəzifəsində çalışıb. Sobçakın sağ əli olan və onun etimadını qazanan Putin 1994-cü ildə mer müavini olub.


Sobçakın Putin üçün çox xüsusi yeri var idi. O qədər ki, 2000-ci ildə keçmiş prezidentin ölümündən sonra keçirilən dəfn mərasimində Putinin nadir ağlayan anları lentə alınıb.




1983-cü ildə evləndiyi keçmiş həyat yoldaşı Lyudmila Putina ilə 2014-cü ildə boşanan Putin şəxsi həyatını mətbuatdan çox gizli saxlayıb.
Məlum olduğu kimi, onun Mariya və Yekaterina adlı iki qızı var...




Putinin öz nənəsinin adını verdiyi Mariya 1985-ci ildə Leninqradda, Yekaterina isə 1986-cı ildə Almaniyada anadan olub. Bununla belə, mətbuatda Putinin ən azı daha 2 qızının da olması ilə bağlı xəbərlər yayılıb.

Putinin keçmiş həyat yoldaşı Lüdmila Putina mətbuatda tez-tez adı hallanan birinci xanım idi... O, rus dilini olduğu kimi qorumaq üçün bəzi çıxışlar edib və orfoqrafiya qaydalarını 8 il oxuduqdan sonra Rusiya Akademiyasının bu barədə təkliflərini qəbul etməyib.(İqtisadiyyatı bəhanə edib).


Moskvada yerli qəzet “Lüdmila Putina əslində orfoqrafiya qaydalarının dəyişdirilməsi təkliflərini rədd edib” yazıb, akademiklər və ictimaiyyətdən mənfi reaksiyalar alıb.


Putin və birinci xanım Putina boşandıqlarını 2013-cü ildə Kreml Sarayında balet tamaşası zamanı elan ediblər və 2014-cü ildə rəsmi olaraq boşanıblar.




Şəxsi həyatını hələlik bir kənara qoyaq... Merin müavini vəzifəsində çalışarkən bir çox mühüm siyasi xadimlərlə yaxınlaşan Putin o vaxtkı prezident Boris Yeltsin tərəfindən Baş Qərargah rəisinin müavini təyin edilib.


İlk dəfə mediada məşhurlaşan Putinin yazdığı tezislərin bəzilərinin plagiat olduğu iddia edilib. Lakin Putin bu iddialara qarşı “bu, plagiat deyil, sitatdır” deyərək özünü müdafiə edərək, komitə tərəfindən qəbul edildi.


Məlum idi ki, Yeltsin özündən sonra hökuməti ələ keçirəcək adam axtarırdı və o, 1999-cu ildə Putini baş nazir təyin edib.


Lakin 31 dekabr 1999-cu ildə Yeltsinin qəfil istefası ilə baş nazir Putin müvəqqəti prezident seçilib və 2000-ci il seçkilərində 40 milyona yaxın səs toplayıb.


Ola bilsin ki, bu fotoya daha əvvəl internetdə rast gəlmisiniz...





Gənc yaşlarından cüdo, sambo kimi döyüş növləri ilə məşğul olan Putin bu istiqamətdə çoxsaylı mükafatlar qazanıb.


Səkkizinci dərəcəli qara kəmər qazanan Putin cüdo haqqında bir neçə kitab da yazıb.
 

Rusiyanın milli sənəti sayılan baleti sevən Putin klassik musiqiyə qulaq asır və eyni zamanda Britaniyanın “The Beatles” qrupunun böyük pərəstişkarıdır.


Çoxlu itləri olduğu bilinən Putin həm də əsl heyvansevərdir. Onun pələnglər, atlar və hətta nəsli kəsilməkdə olan Sibir qonur ayıları ilə fotoları var.
 

 

Putinin Qara dəniz sahilindəki Krasnodar diyarında da nəhəng “şəxsi sarayı” var.



18 min kvadratmetrdən böyük olan obyektin öz istixanası, kilsəsi, qonaq evi və hətta helikopter meydançası var.



Nəhayət, ironik də olsa, 2021-ci il fevralın sonunda Ukraynaya qarşı müharibəyə başlayan Putin iki dəfə, 2014 və 2021-ci illərdə Nobel Sülh Mükafatına namizəd göstərilib...

 

Xanım

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR