Azərbaycanda həbs edilən erməni futbolçular belə təhvil verilib - VİDEO

Azərbaycanda həbs edilən erməni futbolçular belə təhvil verilib - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etdiyi üçün avqustun 28-də 10 gün müddətinə inzibati qaydada həbs edilən 3 nəfər erməni əsilli futbolçunun bu gün  Laçın sərhəd-keçid məntəqəsindən Ermənistana keçmələri təmin edilib.

 

Sfera.az bunu əks etdirən görüntüləri təqdim edir:

 

Qeyd edək ki, azadlığa buraxılan şəxslər onlara göstərilən humanizmə görə Azərbaycan dövlətinə təşəkkür edərək həbsdə olduqları müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının tam təmin olunduğunu, saxlanma şəraiti və göstərilən münasibətdən razı olduqlarını, hər hansı şikayətlərinin olmadıqlarını bildiriblər. 

 

(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR