Məşhur futbolçu uçurumdan yıxılaraq faciəvi şəkildə vəfat etdi

Məşhur futbolçu uçurumdan yıxılaraq faciəvi şəkildə vəfat etdi

Moldova Futbol Federasiyası 26 yaşlı futbolçu Violetta Mitsulun faciəli şəkildə dünyasını dəyişdiyini açıqlayıb. Mitsul Moldova və Ukraynanın qadın futbol komandalarında çıxış edib.



Sfera.az bildirir ki, Moldovalı futbolçu Violetta Mitsul İslandiyada vəfat edib.


Violetta Mitsul Ukrayna çempionatının bürünc mükafatçısı olub. 2022-ci ildə Rusiya işğalı başlayanda bu ölkəni tərk edib.



Qəza futbolçu komanda yoldaşları ilə istirahət edərkən, qayalıqlarda baş verib. 26 yaşlı gənc futbolçu yıxılaraq ölümcül xəsarətlər alıb.



Şəbəkələrdə hadisənin dəqiq harada - İslandiyanın şimal-şərq sahilindəki Vopnafjordur şəhərində baş verdiyini də aydınlaşdırır. Xüsusilə, faciəli hadisənin sentyabrın 4-dən 5-nə keçən gecə baş verdiyi göstərilir. Əvvəlcə polis mərhumun adını bilməsə də, sonradan onun Mitsul olduğu məlum olub: o, həkimlər gəlməmiş dünyasını dəyişib.


Futbolçunun tərcümeyi-halı



Violetta Mitsul 3 aprel 1997-ci ildə Tiraspolda anadan olub. O, 13 yaşında futbol oynamağa başlayıb və yerli kluba qoşulub. 2023-cü ilin yazında o, İslandiyanın “Ungmennafélagið Einherji” adlı futbol komandasına qoşulub. O, məhz bu ölkədə də dünyasını dəyişib.

İdman karyerası ərzində Mitsul müdafiəçi kimi 40-a yaxın oyun keçirib. O, altı ölkədə on müxtəlif komandaya qoşulub: Moldova, İspaniya, Qazaxıstan, Rumıniya, Ukrayna, İslandiya.


Tiraspol-Alqa FK tərkibində Moldova Respublikası kubokunun qalibi - 2013 və 2015


Astana komandasının tərkibində Qazaxıstan Respublikası çempionatının gümüş medalı - 2016;


"Okzhetpes" JFK komandasının tərkibində Qazaxıstan çempionatının (iki dəfə gümüş) və Qazaxıstan Respublikası kubokunun medalçısı (gümüş və bürünc) - 2017 və 2018;


Vasas Femina komandası ilə Rumıniya Kubokunun qalibi - 2019;


"Vosxod" komandasının tərkibində Ukrayna çempionatının bürünc medalı - 2021;


Puglia Trani komandasının tərkibində İtaliya Çempionatı, C Liqasının qızılı - 2022


İslandiyanın "Eynherdji" komandasının səhifəsində Violettanın ailəsinə başsağlığı verilib:


"O, güclü komanda oyunçusu və nümunəvi futbolçu idi. Onun ölümü hamımız üçün böyük sarsıntı oldu uçurumdan düşdü, lakin geridə qoyduğu uçurum daha böyükdür".

 

Aysel

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Yunus Əmrə İnstitutunun keçmiş rəhbəri həbs edildi

Türkiyədə məhkəmə Yunus Əmrə İnstitutunun keçmiş rəhbəri Şərəf Atəş haqqında həbs qətimkan tədbiri seçib.   Sfera.az xəbər verir ki, açılan cinayət i...

İstanbulda yeni danışıqlar – Zelenski niyə fikirini dəyişdi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna üzrə danışıqların üçüncü raundunun İstanbulda keçirilməsi...

Ağdamdakı Qiyaslı məscidindən görüntülər - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidlə bağlı instaqram sosial şəbəkəsindəki rəsmi hesabında paylaş...

İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, məktubda deyilir...

Müəllimlərə şad xəbər - Güzəşt əldə edəcəklər

İyulun 16-da təhsil işçiləri üçün hazırlanmış "TəhsilPlus" kartının təqdimat mərasimi keçirlib.   "TəhsilPlus" kartının reallaşdı...

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət edib

Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarını yaxınları ziyarət edib.   Sfera.az ...