"Bakıda havanı çirkləndirən əsas mənbə..." - Ekoloqdan AÇIQLAMA

Bu gün 7 sentyabr Mavi Səma üçün Beynəlxalq Təmiz Hava Günüdür.

 

Bəs bu mövzu çərçivəsində Azərbaycanda hansı işlər görülür, ətraf mühiti kifayət qədər qoruya bilirikmi?

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının üzvü, ekoloq Rövşən Abbasov mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, Bakı şəhərində atmosferi çirkəndirən əsas mənbə avtomobillərdir:

 

“Bu günün əsas məqsədi ondan ibarətdir ki, biz Yer kürəsinin atmosferini təmiz saxlayaq. Bilirik ki, son 150 ildə sənaye mənbələrindən, avtomobillərdən atmosferə atılan həm zərərli, həm də istixana qazlarının miqdarı sürətlə artıb. Bu həm qlobal istiləşməyə, həm də havanın çirklənməsinə səbəb olur ki, bu da xüsusilə iri şəhərlərdə insanlar arasında bir sıra xəstəliklərin yaranmasına gətirib çıxarır.

 

Konkret olaraq Azərbaycanda, xüsusilə Bakı şəhərində atmosferi çirkəndirən əsas mənbə avtomobillərdir. Bu ona görədir ki, paytaxtımızda şəxsi avtomobillərin sayı sürətlə artır. Bir çox şəhərlərdən gətirilən içləınmiş avtomobillər yenilərinə nisbətən daha çox zərərli tullantıların yaranmasına səbəb olur. Bu istiqamətdə çox əhəmiyyətli işlər görülür”.

 

Ekoloq hava keyfiyyətinin yaxşılaşdırılması üçün görülən işlərdən də danışıb:

 

“Əvvəl onu qeyd edim ki, Azərbaycanda artıq avro 5 standartlarına tədricən keçid oolunmaqdadır. Bu Azərbaycanda istifadə olunan avtomobil yanacağının xüsusilə, benzinin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq. Artıq Azərbaycanda bu standarta uyğun benzin istehsal olunur. Bu da avtomobillər tərəfindən atmosferə atılan zərərli qazların azaldılması deməkdir.

 

Görülən digər müsbət yönümlü iş isə elektrik və hibrid avtomobillərinə qoyula dövlət rüsumlarının azaldılmasıdır. Elektrik avtomobillərində demək olar ki, dövlət rüsumu yoxdur. Bilirik ki, elektrikli avtamobillər atmosferi çirkləndirmir.

 

Peyk şəkilləri göstərir ki, Bakının bəzi yerlərində parkların sayı azalsa da, ümumiyyətlə Abşeron yarımadasında xüsusən də, Xırdalan şəhərində yaşıllıqların sayı artırılır. Xocasən yolunun kənarında iri bir meşə massivi salınıb. Yaşayış məntəqələrinə yaxın ərazilərdə ağaclaarın əkilməsi təmiz havaya çox böyük tövhə verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə görülən işləri təqdir etmək olar”.

 

R.Abbasovun sözlərinə görə, Bakıda ən təmiz hava günün səhər saatlarında müşahidə olunur:

 

“Ümumiyyətlə, Bakı şəhərində havanın keyfiyytinə təsir edən amillər çox istiqamətli və səbəblidir. Əsasən də küləyin istiqaməti, toz gətirən hava axınları, günün müəyyən saatları var. Bakıda ən təmiz hava günün səhər saatlarında müşahidə olunur. Hər kəs canlı olaraq da daxil olub havanın təmizlik ideksinə baxa bilər. Hazırda Bakıda havanın keyfiyyəti kifayət qədər normaldır. İnsan sağlamlığı üçün heç bir təhlükə yoxdur. Hazırda, Bakıda 2, Sumqayıt şəhərində isə 1 hava keyfiyyəti ölçən cihaz qlobal şəbəkəyə ötürülmüşdür.

 

Bu xəritədə siz dünya üzrə bütün ölkələrin hava keyfiyyətinə baxa bilərsiniz. Hava keyfiyyəti indeks üzrə göstərilir. Çox qırmızı olan hava keyfiyyətinin aşağı, yaşıl rəng olan isə əla olması deməkdir. Ən pis hava şəraiti Asiyada, Çin, Hindistan, Avropanın bir çox şəhərlərində, Amerika Birləşmiş Ştatlarının şəhərlərində müşahidə olunur. Bakı şəhərində ölçülən məntəqələrdə hava keyfiyyəti orta səviyyədən xeyli yuxarıdadır”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...