FHN-in maşınından yıxılıb ölən işçi ilə bağlı HÖKM OXUNDU

FHN-in maşınından yıxılıb ölən işçi ilə bağlı HÖKM OXUNDU

Ötən ilin fevralında Fövqəladə Hallar Nazirliyinin əməkdaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

 

Sfera.az xəbər verir ki, FHN-in DYMX-nin Samux şöbəsinin xüsusi təyinatlı avtomobilini idarə edən 1997-ci il təvəllüdlü sürücü S.Səlimov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib. 

 

Bildirilib ki, hadisə baş verən gün yanğınsöndürmə xidmətinə Samux rayonunun Sərkar kəndində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal 2 yanğınsöndürmə maşını hadisə yerinə yollanıb. Yolda olarkən “Kamaz” markalı yanğınsöndürmə avtomobilinin qapısı texniki nasazlıq səbəbindən açılıb və qapının kənarında oturmuş xidmətin baş yanğınsöndürəni 1991-ci il təvəllüdlü Tural Məmmədov hərəkətdə olan maşından asfalt yola yıxılıb. O, ağır xəsarətlərlə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib və bir neçə gün sonra vəfat edib.

 

Bundan sonra Yanğınsöndürmə Xidmətinin sürücüsünə cinayət işi açılıb.

 

Samux Rayon Məhkəməsinin hökmü ilə sürücüyə 1 il sürücülük hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.


OXŞAR XƏBƏRLƏR