İcra başçısı şəhid bulağına baxış keçirdi - FOTO

İcra başçısı şəhid bulağına baxış keçirdi - FOTO

Sentyabrın 7-də Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev və digər təşkilat rəhbərləri Qaraman kəndində keçirilən səyyar qəbul zamanı vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xəyal Həsəovun xatirəsinin əbədiləşdirilməsi üçün adına inşa olunmuş “Şəhid Xəyal Bulağı”na baxış keçirib.

 

Rayon İcra Hakimiyyətinin başçısı bulağa baxış zamanı şəhidin atası Zeynəddin Həsənovla görüşərək söhbət etmiş və zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçən qəhrəman oğullarımızın əziz xatirəsinin heç bir zaman unudulmayacağını bildirmişdir.

 

Bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır, şəhidlərimizin, igid döyüşçülərimizin göstərdikləri şücaətlərə görə təltif olunub və adlarının əbədiləşdirilməsi istiqamətində işlər aparılır.


OXŞAR XƏBƏRLƏR