Banklar ipoteka kreditlərini azaldıb - RƏQƏMLƏR

Banklar ipoteka kreditlərini azaldıb - RƏQƏMLƏR

Dövlət vəsaiti hesabına verilən ipoteka kreditlərinin aylıq həcmində azalma davam edir.

 

Sfera.az xəbər verir ki, 2023-cü ilin martında 68,6 milyon manat ipoteka krediti verildiyi halda, bu göstərici aprel ayında 53,9 milyon manat, mayda 40,9 milyon manat, iyunda 37,8 milyon manat, iyulda 35,9 milyon manat olub.

 

Göründüyü kimi iyulda mart ayına nisbətən bankların ipoteka kreditlərinin həcmində 2 dəfəyə yaxın azalma qeydə alınıb.

 

Millət vəkili Vüqar Bauramov hesab edir ki, Azərbaycanda ipoteka kreditlərinin həcmində artım tempinin bərpa edilməsinə və faizlərin aşağı salınmasına ehtiyac var.

 

O, qeyd edib ki, bütün inkişaf etmiş ölkələrdə daşınmaz əmlak bazarı iqtisadi aktivlik baxımından ən vacib sektorlardandır. “Bu bir tərəfdən vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına xidmət edir, digər tərəfdən real sektoru canlandırır”, - deyən millət vəkili ipoteka kreditlərinin həcminin artırılmasını tövsiyə edib:

 

“İpoteka kreditlərinin həcminin artırılması və faizlərin əlverişli olması vətəndaşların kreditlərə əlçatanlığının təmin edilməsi, mənzil probleminin həllinə dəstək verilməsi və bütövlükdə, həmin sektorda aktivliyin qorunub saxlanması baxımdan əhəmiyyətlidir”.

 

Vasif


OXŞAR XƏBƏRLƏR