Azərbaycanlılar Argentinada bayram elədilər - FOTO

Azərbaycanlılar Argentinada bayram elədilər - FOTO

Azərbaycanın Argentinadakı səfirliyində ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Argentina Milli Konqresinin üzvləri və digər vəzifəli şəxslər, Xarici İşlər və Etiqad Nazirliyinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, həmçinin elmi-akademik və işgüzar dairələrin, müxtəlif mətbu orqanların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov 1991-ci il oktyabrın 18-də ölkəmizin dövlət müstəqilliyini bərpa etməsi, həmin vaxtlarda Azərbaycanın keçdiyi dərin siyasi, iqtisadi və sosial böhran, həmçinin Ermənistanın ölkəmizə hərbi təcavüzü barədə ətraflı danışıb. O, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa olunması, prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, ölkəmizin iştirak etdiyi beynəlxalq əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri, Azərbaycanda multikulturalizm ənənələri, habelə Argentina-Azərbaycan münasibətləri barədə qonaqlara məlumat verib.

Tədbir zamanı qonaqlara Azərbaycan milli mətbəxi nümunələri təqdim olunub, ölkəmizlə bağlı videoçarxlar göstərilib.

 




OXŞAR XƏBƏRLƏR

İsveç məhbuslarını Estoniyaya göndərəcək

İsveç məhbuslar üçün həbsxana yerlərinin kirayəsi ilə bağlı Estoniya ilə razılığa gəlib.   Sfera.az xəbər verir ki, bu barədə İsveçin SVT televi...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Hacıqabul rayonunun altı kəndində 1 545 abonentin qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İs...

Türkiyədə avtobus aşıb, 12 hərbçi yaralandı

Türkiyənin Hakkari şəhərində hərbçiləri daşıyan avtobus aşıb.   Sfera.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.  ...

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələri...

Sahibə Qafarova TBMM-in sədrini təbrik etdi

​​​​​​Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibəti ilə ...

Hindistanda stadionda yaşanmış izdiham nəticəsində 10-dan çox insan öldü

Hindistanın cənubundakı Banqalor şəhərində stadionda yaşanmış izdiham nəticəsində azı 11 nəfər ölüb, onlarla insan yaralanıb.   Sfera.az xəbər verir ...