Natiq Ağayev Qaraman kəndində növbəti səyyar görüş keçirdi - FOTOLAR

Natiq Ağayev Qaraman kəndində növbəti səyyar görüş keçirdi - FOTOLAR

07 sentyabr 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Qaraman kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirdi.

 

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

 

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.

 

Həmçinin rayon rəhbəri sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” //rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğunu qeyd etdi.

 

Sonra Rayon İcra Hakimiyyəti başçısının Qaraman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Bəkirov çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, sakinlərin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.

 

Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, araşdırılmasına ehtiyac olan məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

 

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR

Putin Kurska bu generalı rəis göndərdi

Polis general-mayoru Yevgeni Pankov Kursk vilayəti üzrə Rusiya Mühafizə İdarəsinin rəisi təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədə qube...

Vaqif Əsədov Milli Mətbuat günü münasibətilə bütün media əməkdaşlarını təbrik etdi

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin təməlini qoyduğu "Əkinçi" qəzetinin nəşrindən bu gün 150 il ötür. Bu əlamətdar və tarixi gündə bütü...

Moskvadan Gəncəyə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir

Rusiyanın paytaxtı Moskva şəhərindən Azərbaycanın Gəncə şəhərinə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir.   Sfera.az məlumatına görə, Vnuk...

AZAL təyyarəsini vuran şəxsin - FOTOSU

Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin 2024-cü ilin 25 dekabrında Qroznı səmasında vurulması ilə bağlı sensasion məlumat yayılıb. &nbs...

Gənc idmançı məşq sırasında qəzaya uğrayaraq vəfat etdi

İspaniyalı motosikletçi Pau Alsina məşq zamanı dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, 17 yaşlı idmançı şənbə günü səhər Saraqosa trasında düny...

Avtobus sürücüsü sükan arxasında pivə içib?- VİDEO

Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur.   Sfera.az xəbər verir ki, görüntülər vətəndaşlardan biri tərəfindən çəkilib və...