Sentyabrın 23-də payız Azərbaycana daxil olacaq​

Sentyabrın 23-də payız Azərbaycana daxil olacaq​

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.​

 

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Sfera.az-a verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq. ​

 

Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq. ​

 

Payız fəslinin uzunluğu 89 gün 20 saat 37 dəqiqə 23 saniyə olacaq.


OXŞAR XƏBƏRLƏR