Dollardakı bahalaşma davam edəcək

Dollardakı bahalaşma davam edəcək

ABŞ dollarının qlobal dəyərinin yüksəlməsi qısa fasilədən sonra yenidən davam edir.

 

Sfera.az xəbər verir ki, 2023-cü il avqust ayının sonunda Dollar İndeksi 102,8 həddinə düşdükdən sonra yenidən yüksəlir.

 

Bu gün birjalarda indeks 105 həddinə yaxınlaşıb. Ümumilikdə, dollarda 2023-cü ilin iyulun ikinci yarısından yüksəliş müşahidə edilir. Həmin tarixdən bəri dollar 5 faiz bahalaşıb.

 

Dolların bahalaşması avro/dollar məzənnəsində də görünür. İyulun birinci yarısında bir avro 1,12 dollar olduğu halda, hazırda 1,07 dollardır. Bununla əlaqədar olaraq Azərbaycanda da avro/manat məzənnəsi düşür. Azərbaycan Mərkəzi Bankında iyulda 1,91 manat olan bir avro hazırda 1,82 manatdır.

 

Dünyada dolları bahalaşdıran 3 əsas amil var. Bu amillərin hər biri dolların məzənnə dəyərinin yüksəlməsinə kömək edir.

 

Birinci amil ABŞ-də faizlərin yüksək olmasıdır. Faizlərin yüksək olması dollarla gəlirliliyi artırdığından ABŞ valyutasına tələb artıb.

 

İkinci amil kimi Avropa Mərkəzi Bankının faiz dərəcələrini artırmaqda ləng davranmasını göstərmək olar. Avrozona ölkələrində inflyasiyanın aşağı düşməsi səbəbindən Avropa Mərkəzi Bankı faiz dərəcələrini uzun fasilələrlə artırır, eyni zamanda artım sürəti aşağı olur. Avropalı maliyyəçilər hesab edir ki, əgər inflyasiyada eniş davam edərsə faiz artırılması dayandırıla bilər. Faizlərin artırılmaması avroda yığımları azaltdığından bu amil də dolları bahalaşdırır.

 

Nəhayət, üçüncü amil Çində iqtisadi göstəricilərin proqnozdan zəif  olmasıdır. Çin hökumətinin təşviqlərinə baxmayaraq iqtisadi artım sürəti düşür. Çində iqtisadi artım göstəricilərinin zəifləməsi milli valyuta olan yuanın məzənnəsinə mənfi təsir edir ki, bu vəziyyət də dolları bahalaşdırır.

 

Mövcud vəziyyəti dəyərləndirən amerikalı analitiklər proqnozlaşdırır ki, hazırki şərtlər dolların bir qədər də bahalaşmasına imkan verir. Buna görə də ekspertlər ABŞ valyutasının hələ bir müddət də məzənnə dəyərini artıracağını gözləyir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindən çıxdı

Rusiya sərhədçiləri bu gün Ermənistan-İran sərhədindən çıxıb.   Sfera.az bildirir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli məlumat yayıb.   ...

Bakıya gətirilən yaralılar “Yeni Klinika”ya yerləşdirildi

Təyyarə qəzası zamanı xəsarət alan və Qazaxıstanın Aktau şəhərində müalicə olunan daha üç yaralı Bakıya gətirilib. Onlar "Yeni klinika"ya yerləşdirili...

Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı

Bakıda qadınları fahişəliyə cəlb edən gənclər barəsində cinayət işi açılıb.   Sfera.az xəbər verir ki, Şəmkir rayon sakini 1998-ci il təvəllüdlü qadı...

Qəzada xəsarət alan üç vətəndaşımız Aktaudan Vətənə gətirildi

AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində xəsarət alan Azərbaycanın üç vətəndaşı Aktaudan Vətənə gətirilib.   Sfera.az xəbər verir ki...

Taekvondo üzrə ölkə çempionatının qalibləri məlum oldu

Taekvondo üzrə ölkə çempionatında böyüklər arasında qalib və mükafatçılar məlum olub.   Sfera.az xəbər verir ki, kişilər arasında 54 kq, 58 kq, 63 kq...

“WhatsApp”dan möhtəşəm YENİLİK: Şirkətin əməkdaşı ilə...

“WhatsApp” istifadəçilərin problemlərini həll etmək üçün yenilik edib.   Sfera.az xəbər verir ki, tətbiq canlı dəstək xidmətini istifadəy...