Bir şagirdin məktəb hazırlığı neçəyə başa gəlir? – QİYMƏTLƏR + FOTOLAR
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Elə bu səbəbdən də müvafiq dükan və bazarlarda canlanma müşahidə olunur.
Maraqlıdır, bir şagirdin məktəbə tam hazır vəziyyətdə getməsi üçün orta hesabla nə qədər pul lazımdır?
Sfera.az-ın əməkdaşı suala cavab tapmaq məqsədilə Bakıda bir neçə topdansatış mərkəzinə baş çəkib, qiymətlərlə maraqlanıb.
Satıcılar deyir ki, ötən illə müqayisədə qiymətlərdə kəskin artım yoxdur. Buna baxmayaraq, müştərilərin sayında azalma müşahidə olunur. Valideynlər məktəbli ləvazimatları almaq üçün adətən şənbə və ya bazar günlərinə üstünlük verirlər.
Alıcıların bir qismi qiymətlərdən narazılıq etsə də, əksəriyyəti vəziyyətin qənaətbəxş olduğunu bildirdilər.
“Builki qiymətlərdən razıyıq. Ötən ilə nisbətən sərfəlidir. İki övladım var, hər ikisi üçün məktəb bazarlığı edirik. Düşünürəm ki, vəziyyət qaneedicidir. Hər uşağa təkcə məktəb bazarlığı üçün təxminən 60-70 manat xərcim çıxdı”, deyə müsahiblərimizdən biri söylədi.
Qiymətlərə gəlincə isə;
Məktəbli çantaları 36 manatdan başlayır, 160 manata qədər.
Dəftərlər 1 manatdan başlayaraq vərəq sayına görə müxtəlif qiymətlərdə ola bilir. O cümlədən;
Su qabı – 14-16 manat
Qələm – 10 qəpik- 1 manat
Karandaşlar – 1, 50 – 10 manat
Rəsm albomları 1-3 manat
Xətkeş 20 qəpik -3 manat
Pozan 20-50 qəpik
Nuh
Fotolar: Anar Bayramlı