Aparıcı Vüsalə qiymət AÇIQLADI - 500 manat

Aparıcı Vüsalə qiymət AÇIQLADI - 500 manat
Son zamanlar sosial şəbəkələrdə, xüsusən "instagram"da məşhur adamların səhifələrində reklamlara rast gəlirik.
 
Sfera.az bildirir ki, adının açıqlanmasını istəməyən şirkətlərdən birinin PR meneceriazxeber.com-a bununla bağlı açıqlama verib. O deyib ki, azərbaycanlı məşhurlar 1 paylaşım üçün kifayət qədər çox pul tələb edirlər: "Mən bir neçə məşhurla bu mövzuda danışmışam. Onlar şirkətdən bahalı hədiyyə və pul qarşılığında reklama razı olurlar. Əgər xanım müğənnilərə lazımlı hədiyyədirsə, bunu qəbul edib, paylaşırlar. Ancaq elə məşhurlar var ki, yalnız pul istəyirlər"
 
O konkret adlar da çəkib: "Məsələn, ATV-nin məşhur simalarından olan Vüsalə Əlizadə və Nanə konkret pul qarşılığında reklama razı oldular. Onlar dedilər ki, hədiyyə lazım deyil. Aparıcı Vüsalə bir paylaşıma görə bizdən 500 AZN tələb etdi. Təsəvvür edirsiz, yalnız bir şəkil paylaşımına görə 500 manat.
 
PR menecer həmçinin onu da qeyd edib ki, məşhurlar saxta proqramlarla izləyicilərini artırıb, insanları aldadırlar: "Məşhurların izləyicilərinə baxıb, aldananlar çoxdur. Ancaq onu deyim ki, azərbaycanlı ulduzların çoxu saxta yollarla izləyici qazanırlar. Onlar 100-200 dollara proqrama qoşulurlar və bu yolla, guya ki, yüz minlərlə insanın dəstəyini qazanırlar. Əslində, isə xalq özü bilir ki, kim kimdir"

OXŞAR XƏBƏRLƏR