Mövqelərimiz yenidən atəşə tutuldu

Mövqelərimiz yenidən atəşə tutuldu

Sentyabrın 6-sı saat 19:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.


OXŞAR XƏBƏRLƏR