Ölkədə animasiya məktəbləri yaradılacaq - Nazir müavini

Ölkədə animasiya məktəbləri yaradılacaq - Nazir müavini

Ölkəmizdə animasiya məktəblərinin yaradılması gələcək planlarımıza daxildir.

 

Sfera.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova 6-cı ANİMAFİLM festivalının açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.

 

Nazir müavini bu baxımdan xarici mütəxəssislərlə əməkdaşlığın vacibliyindən danışıb:

 

"Bu cür festivallar milli animatorlarla xarici animatorlar arasında rabitənin yaranmasına təkan verəcək".


OXŞAR XƏBƏRLƏR