Azərbaycanda bu yol ödənişli olacaq - Qərar

Azərbaycanda bu yol ödənişli olacaq - Qərar

Nazirlər Kabineti “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” qərar verib.

 

Sfera.az-ın xəbərinə görə, qərara əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 3692 nömrəli Sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.

 

Avtomobil yolunun ödənişli hissəsinin başlanğıc və son nöqtələri:

 

- başlanğıc nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci kilometri;

- son nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun R-5 Qusar-Xudat avtomobil yolu ilə kəsişməsi.

Ödənişli avtomobil yolunun uzunluğu - 129 kilometr.

Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:

- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 75-ci kilometri - Giləzi qəsəbəsi;

- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 105-ci kilometri - Siyəzən rayonu;

- R-1 Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 1-ci kilometri - Gəndob qəsəbəsi;

- R-4 Quba-Xaçmaz avtomobil yolunun 19-cu kilometri - Xaçmaz rayonu;

- R-5 Qusar-Xudat yolunun 22-ci kilometri - Xaçmaz rayonu.


OXŞAR XƏBƏRLƏR

"Məktəblərdə seksual sağlamlıq təhsili olmalıdır" – Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov bildirir ki, hazırda Azərbaycanda nə məktəblərdə, nə də universitetlərdə seksual sağlamlıq təhsili ayrıca fənn və ya sistemli şəki...

Azərbaycanda kazinolara icazə veriləcək - Bu şərtlə

“Azərbaycanda qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində kazino oyunlarının təşkilinə və keçirilməsinə icazə veriləcək&rd...

29 İtaliya vətəndaşı İrandan Azərbaycana keçdi

İtaliyanın 29 vətəndaşı quru yolu ilə İranı tərk edərək Azərbaycana gəlib.   Sfera.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri A...

İranda Azərbaycanla bağlı qərar verildi – Minlərlə insan…

İsrail və İran arasında artan gərginlik bir sıra istiqamətlərdə narahatlıq yaradıb. Bunlardan biri də turizm sektoru ilə bağlıdır. Bildirilir ki,...

İşdə yenilik, tanışlıq və pul - Bu gün bürclər nə yaşayacaq?

Bu gün səma hər bürc üçün fərqli mesajlar göndərir. Emosional dərinlik, karyera fürsətləri və şəxsi həyatla bağlı mühüm dönüş nöqtələri gündəmdədir.  &n...

İranın vurduğu İsrail təyyarələrinin sayı 5-ə çatdı

İranın hava hücumundan müdafiə sistemləri Tehranın cənub-şərqində yerləşən Veramin şəhəri üzərində İsrailə məxsus döyüş təyyarəsini vurub.   Sfera.az...