Nazirdən tələbə yataqxanaları ilə bağlı AÇIQLAMA

Nazirdən tələbə yataqxanaları ilə bağlı AÇIQLAMA

"Yataqxana məsələsi xroniki problemdir".

 

Sfera.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilə ilə bağlı media üçün brifinqində deyib. 

 

"Hazırda bizim ali təhsil müəssisələrinin 4000-ə yaxın yataqxana yeri var. Bir və ya 2 yataqxananın təmiri və tikintisi nəzərdə tutula bilər. Bu yataqxanaların çoxunda keçmiş məcburi köçkünlər yaşayır. İnandığımız budur ki, böyük qayıdış çərçivəsində həmin yerlərin boşaldılmasından sonra bizim daha çox imkanımız olacaq ki, yataqxana məsələsinə qayıdaq.

 

Eyni zamanda inandığımız budur ki, burada özəl sektor da fəal iştirak etməlidir. Bu istiqamətdə dövlət-özəl partnyorluğu üçün böyük imkanlar var. Amma hazırda bizim mövcud yataqxanalar çox azdır və bu, ciddi problemdir", - deyə o əlavə edib.


OXŞAR XƏBƏRLƏR